GÖZLƏR SİDNEYDƏ: Tamarama çimərliyində qeyri-adi sərgi
Bizi izləyin

Art

GÖZLƏR SİDNEYDƏ: Tamarama çimərliyində qeyri-adi sərgi

“Dəniz yaxınlığında heykəltəraşlıq” – bu günlər Avstraliyanın Sidney şəhərində keçirilən illik sərgi belə adlanır.

Publika.az TASS informasiya agentliyinə istinadla bildirir ki, Tamarama çimərliyində və buradan okean boyunca Sidneyin digər çimərliyinədək uzanan piyada cığırının ətrafında açıq səma altında 100-dən çox müasir incəsənət əsəri qoyulub. Onların müəllifləri Avstraliya, Yeni Zelandiya, ABŞ, habelə Asiya və Avropanın 15 ölkəsindən olan heykəltəraşlardır.

On səkkiz günədək davam edəcək bu qeyri-adi sərgiyə Sidneyin yüz minlərlə sakininin və Avstraliyanın digər böyük şəhərlərindən gələn turistlərin baxacağı gözlənilir. Heykəllərin əksəriyyəti abstrakt incəsənət nümunələridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm