“Gəncsən? Başla!” kitabının “imza günü” - FOTOLAR
Bizi izləyin

Art

“Gəncsən? Başla!” kitabının “imza günü” - FOTOLAR

Noyabrın 4-də 2 saylı “ASAN Kommunal” mərkəzində Azərbaycan Universiteti, “YARAT Friends”, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və ASAN könüllülərinin təşkilati dəstəyi ilə “Gəncsən? Başla!” kitabının “imza günü” keçirilib.

Publika.az xəbər verir ki, dosent Nadir Adilovun müəllifi olduğu kitab Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə nəşr edilib.

Tədbirdə çıxış edən müəllif bildirib ki, tələbələrin və gənclərin inkişafına dəstək olacaq kitab çox qısa zamanda oxucular arasında populyarlıq qazanıb: “Kitabda bir gənc üçün lazım olan bütün məsələlərə toxunulub. Kitabın dili çox rahatdır, bu prosesdə tələbələr tənqidçi assistent kimi yaxından iştirak edərək öz fikirlərini bildiriblər”.

Qeyd edilib ki, kitabda gənclər üçün asudə vaxtın təşkili, yeni iş, karyeraya başlamaq, idman, incəsənət və digər məsələlər əks olunub. Bir sözlə, gənclər şəxsi inkişaflarına yardım edəcək işlərə necə başlamalı olduqlarını bu kitabda tapa biləcəklər. “Gəncsən? Başla!” kitabının satışından əldə edilən vəsait isə müəllifin şəxsi təşəbbüsü ilə “Könüllü” tələbə təqaüd proqramına yönəldiləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev gənclərin asudə vaxtlarının səmərəli keçirilməsində könüllü olmağın önəmini vurğulayıb. O, son illər gənclər arasında könüllülük hərəkatının genişləndiyini, təkcə 15 minə yaxın gəncin “ASAN Könüllüləri” Təşkilatında birləşdiyini bildirib. Sədr müavini “Gəncsən? Başla!” kitabının könüllü tələbə gənclər üçün çox faydalı olacağını deyib.

“İmza günü”ndə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, “YARAT” Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru Hökumə Kərimova və başqaları asudə vaxtlarını səmərəli keçirmək istəyən gənclər üçün kitabın əhəmiyyətindən danışıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm