Xərçəngdən ölən Zadornovun ən məşhur sitatları: "Eşq üçün..."
Bizi izləyin

Art

Xərçəngdən ölən Zadornovun ən məşhur sitatları: "Eşq üçün..."

Məşhur rus satiriki Mixail Zadornov 69 yaşında dünyasını dəyişdi. Ölümünün əsas səbəbi onkoloji xəstəlik olan Xərçəng idi. Zadornov bir neçə ay öncə ölümə bərabər saydığı kimyaterapiya kimi işgəncəli prosedurdan imtina etmişdi. Həyatının son günlərini doğmalarının və sevdiklərinin ətrafında keçirmək istəyini dilə gətirmişdi. Ölümündən əvvəl isə provoslavlığı qəbul etdiyi bildirilir.

Publika.az minlərlə pərəstişkarının qəlbində əbədi sənət taxtı quran satirikin ən məşhur sitatlarını təqdimedir.

Dünyada ən zərərli şey həyatdır, çünki hamını öldürür.

Məhəbbət üçbucağında hər zaman bir tərəf kütdür.

Allah yer üzünü yağışla təmizləyir.

Keçmiş SSRİ ölkələrinin dostluğu bütün bu xalqların Rusiyaya qarşı birləşməsi deməkdir.

Onlar uzun və xoşbəxt ömür sürdülər, bir-birinə rastlayanadək.

Gecə kabus gördüm. Ürəyim otağıma girib, deyir: “Bağışla ki, qapını döymədən girdim”.

Xanımına yalan danışmaq əclaflıq, müştərilərinə yalan söyləmək vicdansızlıqdır. Bütün ölkəni aldatmaq isə SİYASƏTdir.

Dostluq üçün zaman, eşq üçün məkan lazımdır.

Alimlərlə müdriklərin fərqi bilirsiniz nədir? Alimlər ağıllı olduqlarını bilirlər, müdriklər isə dərk edirlər.

Həyatının mənasını yox, özünü sevin.

Allah Yer üzündə özünü 3 şeydə göstərir - təbiət, məhəbbət və yumor hissi. Yumor hissinizi itirəndə Allahın da önəmi qalmır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm