İsanın rəsmi 400 milyona satıldı - FOTO
Bizi izləyin

Art

İsanın rəsmi 400 milyona satıldı - FOTO

Leonardo Da Vinçinin başı bəlalı rəsm əsəri nəhayət ki, satılıb.

Publika.az xəbər verir ki, “Dünyanın xilaskarı” adlanan rəsm əsəri Nyu-Yorkda keçirilən hərracda satılıb. İsa peyğəmbərin təsvir edildiyi rəsm əsərini 2013-cü ildə rusiyalı iş adamı Dmitri Rıbolovlev 127,5 milyon dollara almışdı.

Hərracdan əvvəl ekspertlər əsərə maksimum 100 milyon dollar dəyər qoysalar da, o hərracda nə az, nə çox, 400 milyon dollara yeni sahibinə satılıb.

Əsərin yeni sahibinin adı isə gizli saxlanılır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm