Art
Ulu öndərin xatirəsi Almaniyada yad edildi
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Publika.az xəbər verir ki, əvvəlcə Ulu Öndərin büstü önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Ramin Həsənov Ümummilli Liderin həyat yolundan, dövlətimiz və xalqımız qarşısındakı unudulmaz xidmətlərindən bəhs edən məruzə ilə çıxış edib. O, Heydər Əliyevin keçdiyi həyat yolunun müxtəlif dövrlərinə nəzər salıb, Ulu Öndərin hər bir dövrdə Azərbaycanın inkişafı və rifahına mühüm töhfələr verdiyini bildirib.
Ramin Həsənov mürəkkəb siyasi proseslərin cərəyan etdiyi və Ermənistanın hərbi işğalı ilə üzləşdiyimiz bir zamanda Azərbaycanın təlatümlərdən və fəlakətlərdən xilas edilməsinin Heydər Əliyevin müdrikliyi nəticəsində mümkün olduğunu diqqətə çatdırıb və ölkəmizin bugünkü uğurlarına görə məhz Heydər Əliyevə borclu olduğumuzu vurğulayıb. O, Heydər Əliyevin müasir dövlətçiliyimizin, ölkəmizdə siyasi sabitliyin bərqərar edilməsinin və iqtisadi inkişafın əsasını qoyduğunu qeyd edib. Diplomat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin ölkəmizi regionun lider dövlətinə çevirdiyini bildirib.
Tədbirin sonunda Ulu Öndərin vəfat günü ilə əlaqədar ehsan süfrəsi açılıb.
Anım tədbirində Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri, elmi və ictimai dairələrin təmsilçiləri, Almaniyada təhsil alan tələbələr və gənc tədqiqatçılar, səfirliyin əməkdaşları iştirak ediblər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!