“Muğam və Mənəviyyat” adlı layihənin növbəti konserti
Bizi izləyin

Art

“Muğam və Mənəviyyat” adlı layihənin növbəti konserti

Dekabrın 25-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” Kanalının birgə təşkilatçılığı ilə “Muğam və Mənəviyyat” layihəsi silsiləsindən “Hümayun” dəstgahı adlı növbəti konsert keçiriləcək.

Publika.az-ın məlumatına görə, gecədə Xalq artisti Gülyanaq Məmmədova “Çahargah”, Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov “Şur”, xanəndə Kamilə Nəbiyeva “Zabul” muğamlarından parçalar, xalq mahnıları və təsniflər səsləndirəcəklər.
Tanınmış xanəndə Fəraməz Gərmrudi isə “Hümayun” muğamını ifa edəcək.

Xanəndələri “Könül” instrumental ansamblı maşayiət edəcək. Ansamblın bədii rəhbəri Xalq artisti, tarzən Əliağa Sədiyevdir.

Xanəndələri kamançada Əməkdar artist Elşən Mansurov, balabanda Əməkdar artist Şirzad Fətəliyev, nağarada Əməkdar artist Kamran Kərimov, bəm nağarada Hüsaməddin Əzizov, bəm tarda Qalib Həşimov, bəm kamançada Fərid Babayev müşayiət edəcəklər.

Biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket. az (online) saytından əldə edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm