Rumıniyada Azərbaycan Mədəniyyət Mərkəzi açılır
Bizi izləyin

Art

Rumıniyada Azərbaycan Mədəniyyət Mərkəzi açılır

Rumıniyanın Kluj şəhərindəki Babeş-Bolyai Universitetinin nəzdində fəaliyyət göstərən Türkologiya İnstitutunda Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərəcək.

Publika.az xəbər verir ki, bu barədə Rumıniyanın Azərbaycandakı keçmiş səfiri, Türkologiya İnstitutunun direktoru, professor Tahsin Cəmil danışıb.

O bildirib ki, Rumıniyanın Babeş-Bolyai Universitetinin Senatı Azərbaycan Dillər Universiteti ilə saziş layihəsini təsdiq edib və bunun nəticəsi olaraq universitetin nəzdində fəaliyyət göstərən Türkologiya İnstitutunda Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq.

Qeyd edək ki, T.Cəmil iclasda mərkəzə Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsini də təklif edib.

Ulucay Akif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm