Art
"Qarabağın səsi" adlı rəsm əsərləri sərgisi və ədəbi-bədii tədbir keçirildi - - FOTOLAR
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan "Qarabağın səsi" adlı rəsm əsərlərinin sərgisi və ədəbi-bədii tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Xocalı soyqırımının şahidləri, dövlət rəsmiləri, millət vəkilləri, xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.
Bildirilib ki, "Qarabağın səsi" aksiyasına qısa müddət ərzində 300-dən çox rəsm əsəri təqdim olunub. Münsiflər Heyəti tərəfindən fevralın 15-də həmin rəsm əsərlərinin sərgisinin təşkil olunması məqsədilə seçim mərhələsi keçirilib. Sərgidə iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb. İştirakçıların ən kiçiyinin 4 yaşı var. Nəinki ölkə daxilindən, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən əsərlər təqdim olunub.
Sərgidə seçim mərhələsindən keçən 110 müəllifin 120 əsəri nümayiş etdirilib.
Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçılarına "Qarabağın səsi" aksiyası layihəsinin kollektivi tərəfindən Azərbaycanın tanınmış incəsənət xadimlərinin də iştirak etdikləri, Xocalı soyqırımı ilə bağlı hazırlanmış ədəbi-bədii proqram təqdim olunub. Tədbirdə Leyla Əliyevanın 2 yaşlı şəhid Zəhraya həsr etdiyi şeirlər səslənib. Xocalısakini Rəhilə Quliyeva çıxışında şahidi olduğu faciədən danışıb. Sonda "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək olaraq çəkilən "Dərdimi çəkirəm" filmi nümayiş etdirilib.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək