Türkiyə Azərbaycanın TƏLƏBİNİ YERİNƏ YETİRDİ: Bu filmin yayımı qadağan edildi
Bizi izləyin

Art

Türkiyə Azərbaycanın TƏLƏBİNİ YERİNƏ YETİRDİ: Bu filmin yayımı qadağan edildi

"Filmmor" Qadın Film Festivalının İstanbuldakı son günündə "Yeva" adlı filmin nümayişi qadağan olunub.

Publika.az qaynarinfo-ya istinadən xəbər verir ki, "Filmmor"un nümayəndəsi Mələk Özman filmin nümayişinə Azərbaycan hökumətinin tələbi ilə İstanbul Valiliyi tərəfindən qadağa qoyulduğunu bildirib.

"Azərbaycan səfirliyi əvvəlcə Fransız Mədəniyyət Mərkəzinə rəsmi tələb göndərərək filmin nümayişinin qadağan olunmasını istəyib. Biz Fransız Mədəniyyət Mərkəzi ilə filmi müzakirə etdik, onlar da izlədi və nümayişində heç bir problem görmədiklərini bildirdilər. Film bir qadının İrandan keçmiş həyat yoldaşından qaçmasından bəhs edir. Qadın Qarabağda bir erməni kəndinə sığınır. Azərbaycan üçün bu məsələ həssas imiş, biz də bilmirdik. Bütün ölkələrin həssaslığını nəzərimizdə saxlaya bilməyəcəyimizi və filmdə zərərli ifadələrin yer almadığını bildirdik, lakin Azərbaycan hökumətinin Türkiyə Xarici İşlər Nazirliyinə, hətta xarici işlər nazirinə də müraciətləri olub. Nəticədə Azərbaycan hökumətinin tələbi ilə Türkiyədən də filmin göstərilməsinə qarşı reaksiya verildi və nümayişi qadağan edildi", - deyə o, bildirib.

Qeyd edək ki, "Yeva" filmi Ermənistan və İranın birgə əməkdaşlığı ilə çəkilib. Filmin rejissor və ssenari müəllifi erməni əsilli iranlı Anahit Abaddır. Sözügedən film Ermənistan kinosunu təmsil etmək üçün "Xarici dildə ən yaxşı film" nominasiyası üçün 90-cı "Oskar" film festivalına göndərilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm