Azərbaycanlı xanım professordan ermənilərə növbəti ZƏRBƏ: BU KİTABDAN ÇOX DANIŞILACAQ - FOTO
Bizi izləyin

Art

Azərbaycanlı xanım professordan ermənilərə növbəti ZƏRBƏ: BU KİTABDAN ÇOX DANIŞILACAQ - FOTO

Türkiyədə yaşayan soydaşımız, tanınmış tarixçi, siyası xadim, Türkiyədə ilk dəfə “Xocalı soyqırımı” dissertasiyasına elmi rəhbərlik etmiş, türk dünyasının dəyərli ziyalısı Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” adlı yeni elmi əsəri Babıalı Kültür Yayınçılığı tərəfindən çap edilib.

Əsərdə Zəngəzurun Ermənistana birləşdirilməsi, erməni daşnaklarının Azərbaycanda törətdikləri 1918-ci ilin mart soyqırımı, habelə 1990-cı ilin “20 Yanvar” faciəsi, Xocalı soyqırımının səbəb və nəticələri bir-birinə bağlı faktlar kimi əks olunub.

Publika.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində bu dəyərli kitabın təqdimat mərasimi keçirildi.

Tədbirdə qonaqlar çıxışlardan öncə bildirdilər ki, ölkəmizdə keçirilən prezident seçkiləri tariximizdə yeni işıqlı səhifə açdı. Xalq İlham Əliyevə səs verməklə ölkədəki sabitliyə səs vermiş oldu.

Daha sonra bildirildi ki, professor Aygün Attar Türkiyənin ən böyük universitetlərinin birinin - Girəsun Universitetinin rektoru vəzifəsində çalışıb. Onun adı və soyadı səslənəndə gözümüz önündə qeyrətli Azərbycan qadını, ziyalı və mübarizədən qaçmayan alim canlanır. Aygün xanım Azərbaycan haqda Türkiyədə təhqiramiz fikirlər səsləndirən bəzi deputatları da məhkəməyə verib. Bu hərəkətilə isə onu sübut edib ki, insanlar fərqli düşünə bilərlər, amma dövləti, onun mənafeyini təhqir etmək olmaz.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmıdov bildirdi ki, bu kitab xaricdə yaşayan soydaşlarımız üçün də böyük töhfədir. İstər 80 milyonluq əhalisi olan Türkiyə ərazisində, istər də digər ölkələrdə yüksək səviyyədə tanıdılmalıdır. Çünki bu dəyərli əsər ayrı-ayrı dövrlərdə ermənilərin mənfur əməllərini, eləcə də qondarma “böyük Ermənistan” iddialarını təkzib edir:

“Kitab yaxın zamanda rus, ingilis və digər dillərə tərcümə ediləcək. Aygün xanım xaricdə yaşayan azərbaycanlıların simvoludur. O, fəaliyyyəti ilə ölkə prezidentinin xaricdə yaşayan azərbaycanlılar qarşısında qoyduğu ali missiyanı layiqincə yerinə yetirir”.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə əsərin milyonlarla oxucunun masaüstü kitabina çevriləcəyindən şübhə etmədiyini bildirdi:

“Günlərin bir günü beynəlxalq konfransların birində bir xanım alimimizin Azərbaycana qarşı fikir səsləndirənlərlə elmi dillə vuruşduğunun, onları dəqiq faktlarla susdurduğunun şahidi oldum. Bu Azərbaycanın, Şuşanın bulağından su içən böyük alimimiz Aygün Attar idi. Aygün xanım kitabı ana fəryadı ilə başlayır, mələk Zəhra balamıza nalə deyir. Uşaq hüquqlarını sözdə müdafiə edən dünya birliyinə öz şikayətini bildirir. Mən bu kitaba “Danışan canlı sənədlər” adı da verərdim. Çünki bu əsərdə arxivlər, tarixin şahidi olan daşlar danışır”.

Millət vəkili, yazıçı Aqil Abbas xaricdə yaşayan alimlərimizin, eləcə də Aygün Attar kimi qeyrətli qızımızın elmi fəaliyyətini qürurla izlədiyini bildirdi və kitabın Azərbaycan dilinə də tərcümə olunması ilə bağlı təklif verdi. Qeyd etdi ki, ermənilər tarix boyu güclü millət olmayıblar. Özləri haqda yaydıqları şişirdilmiş informasiyalarınsa həqiqətlə əlaqəsi yoxdur. Millət vəkili Aygün Attarı təbrik edərək, rektor vəzifəsinə təyin olunanda çox qürurlandığını və sanki özü o işə təyin olunduğunu vurğuladı:

“Bəzi soydaşlarımız 5-6 ay Türkiyədə yaşayandan sonra osmanli türkcəsinin sözlərinə üstünlük verirlər. Lakin Aygün xanım illərdir Türkiyədə yaşayıb, elmi fəaliyyətlə məşğul olsa da, dilinin dəyərini anlayır və televiziya kanallarımızda çıxış edəndə səlis azərbaycanca danışır. Dəyərli alimimiz bununla da bir nümunə nümaiş etdirir”.

Millət vəkili Adil Əliyev isə ermənilərin bu gün heç nədən özlərinə dövlət qurduqlarını, Azərbaycanın isə tarixən ərazilərini itirə-itirə bu günə gəlib çıxdığını vurğuladı. O bildirdi ki, professor müəllifi olduğu kitabda Azərbaycana qarşı qurulan hiylələri, edilən haqsızlıqları faktlarla göstərə bilib.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə Aygün xanıma ölkəmiz adına elmə verdiyi böyük töhfələr və Azərbaycanı erməniçilikdən qorumaq yolunda atdığı addımlara görə təşəkkür etdi:

“Aygün Attar kimi alimlərimizin qlobal mücadiləsi sayəsində Azərbaycan ermənilərin təbliğatının, tanınmasının qarşısını almağı bacardı”.

Sonda qeyd olundu ki, bu elmi əsər elmi ictimaiyyətə və dünya oxucularına çatdırılmaq üçün olduqca qiymətli bir incidir. Türkiyə televiziya kanallarında, mətbuatında mütəmadi olaraq çıxışları yayımlanan dəyərli alimimiz Aygün Attara tutduğu yolda bundan da böyük uğurlar arzulandı.

Leyla Sarabi

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm