Art
Rokfellerin əsərləri 646 milyona satıldı - FOTOLAR
Amerikalı milyarder Devid Rokfeller və həyat yoldaşı Peqqi Rokfellerin sənət kolleksiyası açıq hərraca çıxarılıb. Hərracın ilk günü 646 milyon dollarlıq dekorativ əsər satılıb.
Publika.az xəbər verir ki, hərracın 3 gün boyunca davam edəcəyi gözlənilir. Auksionda cütlüyün rəsm, heykəltəraşlıq, keramika, mebel və dekorativ əsərlərdən ibarət sənət kolleksiyası sərgilənib.
Nyu Yorkda "Christies" muzeyində keçirilən sərgiyə dünyanın müxtəlif ölkələrindən yüzlərlə iş adamı qatılıb. Kolleksiyaya daxil olan parçalar 19-20-ci əsrlərin sənət nümunələrini xatırladıb.
Mayın 10-da cütlüyün mebel, keramika və dekorasiyaları hərraca qoyulacaq. Bu kolleksiyada xüsusi yeri Napoleonun desert boşqabı tutur. Belə ki, Napoleonun istifadə etdiyi bir keramik şirniyyat qabının olduğu kolleksiyada satışlardan 500 milyon dollardan artıq gəlir əldə ediləcəyi əvvəlcədən proqnozlaşdırılırdı.
Hərracdan qazanılan gəlir Rokfeller ailəsinin dəstəklədiyi xeyriyyə qurumları arasında bərabər paylanacaq.
Könül Cəfərli
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO