Art
Azərbaycanlı rəssamın əsəri kraliçaya hədiyyə edildi
9-13 may tarixlərində Böyük Britaniyada möhtəşəm Kral Vindzor At Şousunun 75 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib.
Publika.az xəbər verir ki, tədbir çərçivəsində azərbaycanlı rəssam Cəsar Məmmədovun müəllifi olduğu İkinci Elizabetin portreti Azərbaycan adından rəmzi xatirə hədiyyəsi olaraq Ülyahəzrətə təqdim edilib.
Cəsar Məmmədov Azərbaycan rəssamlıq sənətində özünəməxsus bir məktəb yaratmış, əməkdar rəssam, YUNESKO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədovun ailəsində dünyaya göz açıb. O, yüksək yaradıcılıq nailiyyətlərinə görə Avropa Akademiyasının "Şərəf" ordeninə layiq görülüb.
2012-ci ildən etibarən Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “Qarabağ” atları Kral Vindzor At Şousunda ölkəmizi uğurla təmsil edirlər. Azərbaycanlı çaparların builki “Land of Fire - Azerbaijan” xüsusi şou-proqramdan ibarət və “Sərhədçi” rəqs ansamblının müşaiyət etdiyi çıxışları da əvvəlki illərdə olduğu kimi yenidən tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!