Art
ƏSA Teatrının layihəsi amerikalı investorlara təqdim olundu - FOTO
Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycanın ilk inklüziv ƏSA Teatrının ABŞ səfəri uğurla yekunlaşıb.
Publika.az xəbər verir ki, bu barədə ƏSA-nın baş meneceri Nicat Qulam məlumat verib. N.Qulamın sözlərinə görə, teatr ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Açıq Dünya Proqramı çərçivəsində mayın 2-dən 12-dək “Əlilliyin müdafiəsi, islahatlar və mədəniyyət” mövzusunda təşkil olunan beynəlxalq layihədə iştirak edib. Layihə müddətində teatrın rəhbəri Nihad Qulamzadə Vaşinqtonda və digər şəhərlərdə Amerikadan və dünyanın müxtəlif ölkələrindən layihəyə qatılan mütəxəssislərlə öz təcrübələrini bölüşüb.
Həmçinin ƏSA Teatrının “İnklüziv Yaradıcılıq
Mərkəzi” adlı yeni layihəsi "One million cups" biznes
təşkilatının keçirdiyi tədbir çərçivəsində amerikalı investorlara
təqdim edilib. Teatrın ölkəmizdəki fəaliyyəti və “İnkluziv
Yaradıcılı Mərkəzi” layihəsi yerli investorlar tərəfindən olduqca
maraqla qarşılanıb və bir çoxu teatrla əməkdaşlıq əzmində olduğunu
bildirib.
Qeyd edək ki. ABŞ-da təqdim olunan “İnkluziv Yaradıcılıq Mərkəzi”
əlilliyi olan şəxslərin peşə qabiliyyətinin artılıması və müstəqil
şəkildə qazanc əldə etmələri ilə bağlı olan biznes layihədir.
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb