71-ci Kann Kino Festivalında mükafat qazanan filmlər - SİYAHI
Bizi izləyin

Art

71-ci Kann Kino Festivalında mükafat qazanan filmlər - SİYAHI

71-ci Kann Kino Festivalının "Müəyyən Baxış” kateqoriyası üzrə mükafatlar verilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, festivalın ən nüfuzlu mükafatı “Border” filminə görə iranlı rejissor Əli Abbasi qazanıb.

“Müəyyən Baxış” münsifliyinin sədri bu il görkəmli aktyor Benikio del Toro olub. Digər üzvlər isə fələstinli kinematoqrafçı Annemarie Jacir, rus rejissor Kantemir Balaqov, fransız aktrisa Virciniya Ledoyen və amerikalı prodüser Juliya Huntsincer olub.

Mükafat qazanan filmlərin siyahısı:

Ən Yaxşı Film: “Border”, Əli Abbasi

Ən Yaxşı Ssenari: “Sofia”, Məryəm Benmbarek

Ən Yaxşı Aktyor: Viktor Polster, “Girl”

Ən Yaxşı Rejissor: Sergey Loznitsa “Donbass”

Münsiflərin xüsusi mükafatı: “The Dead and The Others”, Joa Salavıza, Reno Nader Messora

Oxumağa davam et
Reklam
Reklam

Gündəm