"O, azərbaycanlı deyil, vətən xainidir" - Tənzilə Rüstəmxanlı
Bizi izləyin

Art

"O, azərbaycanlı deyil, vətən xainidir" - Tənzilə Rüstəmxanlı

“Rüstəm İbrahimbəyov da Əkrəm Əylisli kimi vətən xainidir”.

Bu sözləri Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Publika.az-a xalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu Azərbaycan xalqının vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan, ermənilərin isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim edildiyi “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib. O bildirib ki, bu cür insanların qanında, canında vətən sevgisi yoxdur:

“Bu insanlarda milət, vətən anlayışı yoxdur. Onlar üçün əsas olan öz mənfi xislətləridir. Rüstəm İbrahimbəyovun milli təfəkkürü yoxdur. Əmin olun ki, ailə köklərini araşdırsanız, onun da, həmin bu gürcü rejissorun da qanında erməni qanı var. İnandırım sizi, bizim aramızda bu cür həmvətənlərimiz olduqca bizə düşmən lazım deyil. Ermənilər dayanmadan 10 il bizə qarşı vuruşsaydılar da, belə ağır zərbə vura bilməzdilər. Rüstəm İbrahimbəyov onlara ömür boyu öz güclərinə qazana bilməyəcəkləri hədiyyə verdi. Gürcüləri “Qafqaz üçlüyü” maraqlandırırdısa, İbrahimbəyovdan qat-qat daha yaxşı əsərlər yazan yazıçılarımız var. Niyə onların əsərlərinə film çəkmək istəmirlər? Əlbəttə, bu onlara sərf etmir. Elə götürək Sabir Rüstəmxanlının “Cavadxan” əsərini. Burada azərbaycanlıların, gürcülərin, ermənilərin, rusların hər birinin ayrı-ayrılıqda taleyi əks olunub. Əkrəm Əylislidən sonra ikinci böyük zərbəni də Rüstəm İbrahimbəyov bu əsassız cızmaqarası ilə vurdu”.

T.Rüstəmxanlı deyir ki, rus təfəkkürü ilə yaşayan insanlar olduğu üçün onlar vətənimizin qadınına da, kişisinə də nifrət edirlər:

“Bu nifrəti də büruzə vermək üçün ermənilərin çörəyinə yağ çəkməklə məşğuldurlar. Bu insanları ictimai qınaqla utandırmaq lazımdır. Əkrəm Əylisliyə cəza olsun deyə "Xalq yazıçısı" adından məhrum etdilər. Bu insan vətən xainidir. Bu düşüncədə olan insanların hər biri mənim gözümdə vətən xainidir və onların layiqli cəzaları verilməlidir. Dövlət başçımız bu məsələ ilə bağlı ən doğru qərarı verəcəkdir”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm