Separatçı liderin həbsinə order verildi
Bizi izləyin

Avropa

Separatçı liderin həbsinə order verildi

İspaniya Ali Məhkəməsi Kataloniyanın keçmiş lideri Karles Puçdemon və onun bir neçə silahdaşının həbsinə beynəlxalq order verib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Məhkəmə Puçdemonla bərabər, Belçikada yaşayan Toni Komin, Meriçel Serret, Luisa Puç, həmçinin keçmiş hökumətin məsləhətçisi, Böyük Britaniyada məskunlaşan Klara Ponsati haqda da həbs qərarı çıxarıb və onlar beynəlxalq axtarışa verilib.

Kataloniya hökumətinin keçmiş üzvləri üsyana cəhddə günahlandırılırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm