• USD 1,7000 0,00% EUR 2,1043 +0,01%
    • GBP 2,4138 -0,71% RUB 0,0280 +1,43%

Britaniya hakimiyyətindən YENİ VERSİYA: “Skripalın zəhərlənməsi...”

  • Avropa
  • 17 Aprel 2018 18:00
  • 645 Baxış
Britaniya hakimiyyətindən YENİ VERSİYA: “Skripalın zəhərlənməsi...”

Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikİ Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsinin yeni versiyası səsləndirilib.

Publika.az xəbər verir ki, Britaniyanın Ətraf mühit, ərzaqlar və kənd təsərrüfatı nazirliyinə istinadən “Sky News” telekanalının məlumatına görə, ata və qızın zəhərlənməsində istifadə olunan sinir-iflic maddəsi hadisənin baş verdiyi Solsberi şəhərinə maye formasında çatdırılmışdı.

İdarənin məlumatına görə, zəhərli maddəni çatdıranların əsas məqsədi hücumun Sergey Skripalın evində keçirilməsi idi.

Skripalı zəhərləndiyi maddə ilə bağlı versiyalar daim dəyişir. Daha əvvəl “The Mail on Sunday” qəzeti yazıb ki, hücum üçün gel formasında maddədən istifadə olunub. Bəzi məlumatlara görə, zəhər qarabaşaq formasında paketdə ola bilərdi. Daha əvvəlki versiyaya əsasən, sinir-iflic maddəsi qaz formasında idi.

Xatırladaq ki, aprelin 14-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Skripalın NATO ölkələrinin silahlanmasında olan BZ qazı ilə zəhərləndiyini bildirib. Nazirin sözlərinə görə, o, bu məlumatları İsveçrənin Şpits şəhərindəki Radiolojı və kimya-bioloji analizi Mərkəzinin mütəxəssislərindən alıb.

“BZ insanı müvəqqəti sıradan çıxaran sinir-iflic maddəsidir. Onun psixo-zəhərli effekti 30-60 dəqiqə sonra başlayır və dörd günə qədər davam edir”, - Lavrov iddia edib.

Xatırladaq ki, QRU-nun keçmiş əməkdaşı və qızını martın 4-də Solsberinin mərkəzində şüursuz vəziyyətdə tapıblar. Böyük Britaniyanın baş naziri Tereza Mey ilkin araşdırmanın nəticələrini gözləmədən bildirib ki, onlara qarşı “Noviçok” sinir-iflic maddəsini tətbiq ediblər. O, hadisəyə görə Rusiyanı ittiham edib.

Moskva isə bu ittihamları qətiyyətlə rədd edib və xatırladıb ki, Rusiyanın bütün kimyəvi silah arsenalı Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının nəzarəti altında 2017-ci ildə məhv edilir.

Qeyd edək ki, ötən həftə Yuliya Skripal xəstəxanadan buraxılıb və hansısa “təhlükəsiz yerə” çatdırılıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>