Avropa
Skripalı FTX agenti zəhərləyib? -ŞOK İDDİA
Böyük Britaniya polisi Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalı və qızı Yuliya Skripalı zəhərləməkdə şübhəli bilinən şəxsi müəyyən edib.
Publika.az xəbər verir ki, Yuliya Skripal xəstəxanada polisə ifadə verərkən şübhələrini ifadə edib. Britaniya polisi isə şübhələrin üst-üstə düşməsinin təsadüf olduğuna inanmır. Belə ki, polis Solsberidəki zəhərlənməni Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş agentlərindən biri tərəfindən gerçəkləşdirildiyini iddia edir.
İlkin məlumatlara görə, söhbət "Qordon" ləqəbli agentdən gedir. Polis sui-qəsd cəhdində FTX-nin 55 yaşlı keçmiş agentin dəqiq kimliyini araşdırır. O "Mixail Saviçkis" və s.adlarla saxta kimliklərdən istifadə edib.
Britaniya polisi onun saxta kimlik vasitəsilə Rusiyaya keçdiyini ehtimal edir. Hüquq-mühafizə orqanları araşdırma nəticəsində Skripal və qızına hücum edən şəxslərin 5 nəfərdən çox olduğu qənaətindədir.
Könül Cəfərli
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...