• USD 1,7000 0,00% EUR 1,9906 +0,01%
    • GBP 2,2728 +0,01% RUB 0,0276 -0,36%

Avropa İttifaqı İranla ticarətdə avroya keçir

  • Avropa
  • 16 May 2018 14:12
  • 272 Baxış
Avropa İttifaqı İranla ticarətdə avroya keçir

Avropa İttifaqı İrandan idxal edilən neftə görə dollarla ödənişi avro ilə əvəz etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə Brüsseldəki diplomatik mənbə bildirib.

Daha əvvəl Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı Federika Moqerini bildirib ki, Avropa üçlüyü - Fransa, Almaniya, Böyük Britaniya ABŞ-ın nüvə sazişi üzrə razılaşmadan çıxışına cavab olaraq İranla iqtisadi əlaqələrin möhkəmləndirilməsi proqramını hazırlamaq barədə razılaşıblar. Söhbət ilk növbədə, neft, neft və qaz məhsulları ilə ticarətin davam etdirilməsi, effektiv bank sazişləri, aviasiya, dəniz və yerüstü nəqliyyat növləri sahəsində İranla əlaqələrin davamı və ixracat kreditlərinin verilməsindən gedir. Praktik qərarların ən yaxın həftələr ərzində qəbulu planlaşdırılır.

19-20 may tarixlərində Avropa İttifaqının energetika və iqlim üzrə komissarı Migelya Arias Kanetenin İrana səfəri nəzərdə tutulub. Avropa Komissiyasının məlumatına görə, səfərin hədəfi İranın nüvə proqramı üzrə razılaşmaya sədaqətin təsdiq edilməsi çərçivəsində energetika sahəsində əməkdaşlığın müzakirəsidir.

Xatırladaq ki, 2015-ci ildə İran və beynəlxalq vasitəçilər (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) İranın nüvə probleminin nizama salınması haqqında sənədi imzalayıblar. İştirakçılar Birgə hərtərəfli İş Planı qəbul edib. Sənədin icrası İrana qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tuturdu.

ABŞ prezidenti Donald Tramp isə sazişi dəfələrlə tənqid edib və “ABŞ tarixinin ən pis razılaşması” adlandırıb. Bu ayın 8-də isə Tramp ABŞ-ın razılaşmadan çıxışını elan edib və İrana qarşı sanksiyaların bərpasına dərhal başlamaq barədə göstəriş verib. İranın energetika, neft-kimya və maliyyə kimi kritik əhəmiyyətli sahələrin sanksiyaların altına düşəcəyi bildirilir.

Bərpa edilmiş sanksiyalara İranla ticarət aparan başqa ölkələr də məruz qalacaq. Əsas məsələlərdən biri ABŞ-ın müttəfiqlərinin bu tələblər yerinə yetirib-yetirməyəcəyidir.

Razılaşmanın digər iştirakçıları Trampın qərarını ittiham edərək təhlükəli nəticələrin ola biləcəyini bildiriblər.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>