Avropa
Qardaş ölkənin bu addımları Avropanı ŞOKA SALDI: Türklər geri dönür - FOTO/VİDEO
Osmanlı imperiyasının dağılması ilə Balkanlardan geri çəkilən Türkiyənin regionda güclənməsi Avropanı qorxutmağa başlayıb.
Publika.az xəbər verir ki, “Röyters” agentliyinin Türkiyənin Balkanlarda “yumşaq güc”ündən bəhs edən bir yazısı bu qorxunu açıq şəkildə ortaya qoyur.
Dörd ölkədə Türkiyənin investisiyalarına fotolarla diqqət çəkən agentlik Avropa İttifaqı liderlərinin Balkan ölkələri ilə təcili zirvə toplantısı təşkil etdiyini yazıb.
Makedoniyanın paytaxtı Skopyedə ən hündür göydələnləri Türkiyə şirkətləri tikib.
Serbiyanın Krupanj şəhərinin meri İvan İlyoviç gələn həftə bir investor tapmaq üçün Münhen və ya Parisə deyil, İstanbula gedəcək. Kosovanın magistral yolunun dəyəri təxminən 2 milyard dollardır.
Kosovada inşa edilən magistral yolu
Bir türk şirkətinin geyim fabriki Krupanj şəhərində 300 nəfəri işlə təmin etdi.
“Yaxşı investorlar, hətta hökumətin dəstəyini istəmirlər”, - İsailoviç bildirib.
İsailoviç kimi insanların artması Avropa İttifaqını narahat edir. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Balkanlarda çox aktivdir.
Bosniya və Herseqovinada TIKA tərəfindən bərpa edilmiş bir tarixi məscid.
Serbiya Ticarət Palatasının sədri Marko Kadez qeyd edir ki, türk investorlarının Qərb ölkələrindən fərqli olaraq az inkişaf etmiş bölgələrə üz tutur.
Bosniyada bir kağız fabriki ən böyük türk sərmayələrindən biridir.
Avropalı rəsmilər Rusiyanın təsirindən sonra Türkiyənin bölgədə artan “yumşaq güc”ündən qorxuya düşüb. Adının çəkilməsini istəməyən bir Qərb diplomat “Reyters”ə açıqlamasında bildirib ki, Avropa İttifaqı bölgədəki bir nömrəli ticarət partnyoru olsa da, bəzi üzv ölkələr Türkiyənin bölgədəki artan “yumşaq güc”ündən narahatdırlar.
Aprel ayında Avropa Parlamentində danışan Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının sürətli şəkildə genişlənməsinə qarşı olduğunu ifadə etsə də, eyni zamanda bildirib ki, Balkanların Türkiyə, ya da Rusiyaya yönəlməsini istəmir.
Ömər Dağlı
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA