Rusiyaya qarşı yeni “Barbarossa” PLANI – NATO ağır şoka HAZIRLAŞIR
Bizi izləyin

Avropa

Rusiyaya qarşı yeni “Barbarossa” PLANI – NATO ağır şoka HAZIRLAŞIR

ABŞ Polşaya növbəti hərbi eşalonun göndərilməsi üçün Antverpen limanında zirehli texnikasını boşaldır.

Publika.az xəbər verir ki, bu haqda Belçika mətbuatı bildirib.

Bu addım “Atlantic Resolve” əməliyyatı çərçivəsində atılır. Xəbərə görə, Belçikaya 3,3 min nəfərlik şəxsi heyətlə 85 “M-1 Abrams” tankı gətirilib. Faktiki olaraq, ABŞ Ordusunun 1-ci motorlaşdırılmış piyada Texas diviziyasından (“Şeytan briqadası”) söhbət gedir. Bundan sonra 2,5 min nəfərlik şəxsi heyətlə iki nəqliyyat gəmisinin gəlməsi gözlənilir.

2017-ci ildə Polşa artıq müxtəlif texnikanın təxminən 2500 vahidini, həmçinin 87 “Abrams” tankı, 18 özüyeriyən “Paladin” haubitsası, 144 “Bredli” piyada döyüş maşını və başqa zirehli avtomobil, həmçinin mühəndislik texnikasını alıb. ABŞ Ordusunun 3500 hərbi qulluqçusu isə nəqliyyat aviasiyasının təyyarələri ilə çatdırılıb.

Xatırladaq ki, NATO rəhbərliyi zirehli texnikanın 6 min vahidini göndərməyi planlaşdırırdı, onlardan təxminən 3600 tank (4 gücləndirilmiş briqada üçün nəzərdə tutulur) şəxsi heyətlə birlikdə zəruri olduqda hava ilə Avropaya dərhal atılacaq.

Vitse-admiral Ceyms Foqqonun sözlərinə görə, ABŞ və müttəfiqləri özünü qorumağa həmişə hazırdır. Bu bəyanat Qərb qoşunlarının Estoniyadan Bolqarıstana qədər Rusiya sərhədlərinə yaxın bölgələrdə olması faktı fonunda daha iddialı görünür.

Son olaraq apreldə Aralıq dənizinə təyyarədaşıyan zərbəçi qrupu gəlib. Onun tərkibinə “Harry S. Truman” təyyarədaşıyanı, “Tomaqavk” raketləri ilə təchiz edilən raket kreyseri və beş esmines daxildir. Regionda ABŞ-ın ümumi zərbə gücü Rusiyanı üstələyir. Bundan başqa, NATO Avropada operativ reaksiya güclərini inkişaf etdirməyə davam edir.

Amma İsveç nəşri “Svenska Dagbladet” yazır ki, əgər kimsə Rusiyaya hücum etməyə gələcəksə, onda mürəkkəb relyefdə əməliyyatlara hazır olmalı, həmçinin rusların müharibələr üzrə nəhəng təcrübəsini nəzərə almalıdır.

“Tarixi reallıqları nəzərə alaraq, bu ölkəyə hücum, ümumiyyətlə, perspektivsiz işdir. Xüsusilə onu nəzərə alaq ki, NATO istənilən yol şərtlərində hərəkət etməyə öyrəşməyib. Bu baxımdan, “Qış düşərgəsi” təlimləri tipikdir. Təlimlər bu ilin qışında Estoniyada keçirilib. Britaniya əsgərləri qara girməyə, çadırlarda yatmağa məcbur edilmişdilər, havanın temperaturu isə mənfi 19 dərəcədən də aşağı düşürdü. Bu, NATO qoşunları üçün prinsip etibarilə çox ağır işdir, amma nəzəri məsələlərlə sonsuza qədər məşğul olmaq olar”, - İsveş nəşri qeyd edib.

Nəşr yazır ki, ABŞ milli müdafiə strategiyası çərçivəsində terrorizmlə mübarizə üzrə əməliyyatlardan “soyuq müharibənin köhnə düşmənləri” ilə qarşıdurmaya istiqamətini dəyişir.

“ABŞ və NATO ucuz və yüngül qələbələrə öyrəşiblər. Ən azından, qısamüddətli planda. Uzunmüddətli planda isə İraq, Əfqanıstan, Liviya və Kosovo müharibələrini çətin ki, qələbə hesab etmək olar. Onlar Rusiya silahlı qüvvələri ilə “görüşəcəklərsə”, ağır şoku sınaqdan keçirəcəklər”, - nəşrə danışan hərbi ekspertlər qeyd edirlər.

Analitiklərin fikrincə, müharibə haqqında kitabın birinci səhifəsində birinci qayda “Moskvaya yürüşə çıxmamaq”dır. Bildirilir ki, bunu müxtəlif insanlar, məsələn Napoleon və Hitler yoxlamağa çalışsa da, bundan yaxşı heç nə çıxmadı. Analitiklər ikinci “Barbarossa” əməliyyatının da uğursuzluqla nəticələcəyini proqnozlaşdırırlar.

Qeyd edək ki, “Barbarossa” əməliyyatı İkinci Dünya müharibəsində Almaniyanın SSRİ-yə qarşı həyata keçirdiyi ildırımsürətli müharibə planı idi. Əməliyyatın adı Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossanın adından götürülüb. Lakin məlum olduğu ki, əməliyyat uğursuzluqla nəticələnib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm