Polşa prezidenti ABŞ-ı tərk edə bilmədi - Təyyarədə NASAZLIQ
Bizi izləyin

Avropa

Polşa prezidenti ABŞ-ı tərk edə bilmədi - Təyyarədə NASAZLIQ

Polşa prezidenti Andjey Duda beş günlük səfəri başa çatdıqdan sonra ABŞ-ı tərk edə bilməyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çikaqo-Varşava aviareysi təyyarədə aşkarlanan texniki nasazlığa görə ləğv edilib. A.Duda Polşa hökumətinin nümayəndələri ilə birgə “LOT” aviaşirkətinin digər təyyarəsi ilə ABŞ-ı tərk edəcək.

A.Duda Çikaqo şəhərinin Polşa icması ilə görüşmək üçün ABŞ-a səfər edib. Səfər çərçivəsində o, həmçinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm