Belçikalı gözəllik kraliçası "Qurani-Kərim"lə bağlı Avropa Məhkəməsinə şikayət edəcək
Bizi izləyin

Avropa

Belçikalı gözəllik kraliçası "Qurani-Kərim"lə bağlı Avropa Məhkəməsinə şikayət edəcək

Belçikanın keçmiş gözəllik kraliçası, vəkil, senator Mariya Van Dermeş müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”lə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyini deyib.

Publika.az xəbər verir ki, o, bu barədə ölkəsinin “De Zondag” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, “Qurani-Kərim” Avropa İnsan Haqları Bəyannaməsinə ziddir. Kitabdakı ayələrdə kafirlərin öldürülməsinin əmr edildiyinə istinad edən Van Dermeş müqəddəs kitabda zorakılıq çağırışları edildiyini qeyd edib.

BBC-də yer alan xəbərə görə, beliçikalı senator kitabın yaratdığı təhlükəyə görə toplumu xəbərdar etmək üçün məhkəməyə müraciət edəcəyini bildirib. Lakin o, “Qurani-Kərim”in qadağan edilməsini deyil, kitabın Avropa İnsan Haqları Bəyannaməsinə uyğun yenidən nəzərdən keçirilməsini tələb edəcək.

Vəkil ona edilən tənqidlərə qarşı bildirib ki, İslam dininə qarşı hər hansı fobiyası yoxdur. Sadəcə kitabda yer alan qadına qarşı ayrı-seçkilik, zorakılıq və təcavüzün müdafiə edilməsinə qarşıdır.

Van Dermeşə görə, müsəlman qadınların əksəriyyəti sosial təzyiq səbəbilə hicab geyinmək məcburiyyətindədir. Buna görə də 18 yaşından kiçik qadınların hicab geyinməsinin qadağan edilməsini istəyəcək.

Vəkilin “Qurani-Kərim”lə bağlı bu qərarı radikal sağ partiyasında müsabət qarşılanıb. Lakin mühafizəkar xristianlar sərt reaksiya verib.

İslamı Avropa üçün “ən böyük risk” kimi dəyərləndirən vəkil bir neçə həftə öncə yayımlanan kitabı ilə müzakirə obyektinə çevrilmişdi. Belçikalı senatorun xatirələrini qələmə aldığı "A.N.K.E, politiek in correct" kitabının üz qabığında qrımızı hündürdaban ayaqqabı ilə “Qurani-Kərim”in üzərinə basan qadın təsvir edilmişdi.

Qeyd edək ki, Van Dermeş hüquq təhsili aldıqdan sonra Belçika Federal Parlamnetində senatorluqla yanaşı, Flaman Parlamentində də millət vəkili vəzifələrini daşıyır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm