Uçan avtomobilin yeni görkəmi - FOTO
Bizi izləyin

Avtopublika

Uçan avtomobilin yeni görkəmi - FOTO

"Terrafugia" şirkəti "TF-X" hibrid transfer vasitəsinin yeni dizayner konsepsiyasını təqdim edib. Yeni modelin ümumi istifadə yollarında nəinki hərəkət etməyi, həm də uçmağı bacaracağı gözlənilir.

"Terrafugia" firması "TF-X" layihəsi haqqında ilk dəfə 2013-cü ildə məlumat verib. Uçan avtomobilin çevirici vintlər bərkidilmiş yığılan iki qanadla təchiz edilməsi planlaşdırılır. Maşın, sahibini sürət zolağını axtarmaqdan azad edərək şaquli uçuş və enməni həyata keçirə biləcək.

"TF-X" modeli hibrid güc qurğusu ilə təchiz olunacaq. Yerdə hərəkət edərkən, həmçinin uçuş zamanı lazım olan ağırlığı akkumlyatorla işləyən elektrik mühərrikləri təchiz edəcək. Uçuş vaxtı 300 at gücündə, itələyici vinti halqaşəkilli müqavimətazaldan qurğuda hərəkətə gətirən daxili yanacaqlı mühərrik işə düşəcək. Bu mühərrik, həmçinin batareyaların elektrik enerjisi ilə doldurulmasında istifadə edilə bilər.

Yeni modelin sürəti havada saatda 320 kilometrədək yüksələ bilər, maksimum uçuş məsafəsi isə 800 kilometrdir. Maşının salonu sürücü-pilot da daxil olmaqla dördnəfərlikdir.

Nəqliyyat vasitəsinin hazırlanmasında təhlükəsizlik məsələlərinə böyük diqqət ayırmaq planlaşdırılır. Maşın, bu baxımdan avtopilotla idarəetmə və avtomatik uçuş-eniş sisteminə malik olacaq.

Tezliklə "TF-X"in kiçildilmiş modeli Massaçusets Texnoloji İnstitutunun aerodinamik borusunda hərtərəfli sınaqdan keçiriləcək. Uçan avtomobil 8-12 ildən sonra satışa çıxarılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm