“BMW”nin gəlirləri azalıb, “Toyota”nınkı artıb
Bizi izləyin

Avtopublika

“BMW”nin gəlirləri azalıb, “Toyota”nınkı artıb

2015-ci ilin ikinci rübündə "BMW"nin gəlirləri azalıb.

Belə ki, bu dövr ərzində şirkətin gəlirləri 1,77 milyard avrodan 1,75 milyard avroya enib. BBC xəbər verir ki, buna səbəb may və iyun aylarında avtomobilin satışının dünyanın ən böyük bazarı olan Çində aşağı düşməsidir.

Maliyyə problemlərini aradan qaldırmaq üçün "BMW" modellərini yeniləyir. Belə ki, payızda yeni yeddinci seriya satışa buraxılacaq.

"BMW"dən fərqli olaraq 2015-ci ilin birinci rübündə "Toyota"nın gəlirləri on faiz artıb.

Belə ki, Yaponiyanın avtomobil nəhənginin gəlirləri həmin dövr ərzində 5,2 milyard dollara çatıb. Şirkət illik satışın həcmini 8,9 milyondan 8,95 milyona çatdırıb.

Qeyd edək ki, "Toyota" avtomobillərinin alıcıları əsasən Şimali Amerika əhalisidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm