Daha 1 milyon avtomobil geri çağırıldı
Bizi izləyin

Avtopublika

Daha 1 milyon avtomobil geri çağırıldı

Amerika Birləşmiş Ştatlarının nəhəng avtomobil konserni "General Motors" bütün dünyada daha 1 milyona avtomobilini geri çağırıb. Geri çağırışa həmin avtomobillərin sükan gücləndiricisi ilə bağlı problemlərin əsas verdiyi bildirilir.



Ötən həftə şirkət alışdırma kilidində problemlərlə əlaqədar 2,5 milyon azlitrajlı avtomobilini, fevral ayında isə 1,6 milyondan çox köhnə model avtomobilini geri çağırmışdı. "General Motors" konserninin analitikləri şirkətin itkilərini 750 milyon dollar həcmində qiymətləndirirlər.



Şirkətin geri çağırışları Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyi tərəfindən də araşdırılır. Buna "General Motors" avtomobillərində nasazlıq səbəbindən baş verən qəzalarda azı 12 nəfərin ölməsi faktı əsas verib./Associated Press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm