• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

Bakıda 275 minlik yeni maşın

Bakıda 275 minlik yeni maşın

Bakıda yeni "Lamborghini" avtomobilinin "Huracan LP 610-4 Spyder" modeli satışa çıxarılıb.

Fins.az-ın məlumatına görə, təqdimat mərasimində çıxış edən "Lamborghini"nin Bakıdakı rəsmi dilerinin rəhbəri İbrahim Əhmədov yeni modelin əvvəlki "Lamborghini Gallardo Spyder" modelinin davamı olduğunu bildirib.

Avtomobilin damı 3 rəngdə təqdim edilir

Avtomobil ilk dəfə 2015-ci ildə Frankfurt avtoşousunda təqdim olunub. İbrahim Əhmədov bildirib ki, yeni modelin ən cəlbedici xüsusiyyəti onun yeni yumşaq üstüdür. Belə ki, avtomobilin damı qara, qırmızı və qəhvəyi rənglərində təqdim edilir. Bundan əlavə, karbon lif və aliminium işləmələr sayəsində avtmoblinin çəkisi də azalaraq 1542 kiloqram olub. Bu isə modelin daha sürətli olmasına imkan yaradıb.

Şəhər yollarında 18 litr yanacaq işlədir

Yeni "Huracan LP 610-4 Spyder" 610 at gücündə 5.2 l həcmli mühərriklə təhciz edilib. Avtomobili 100 km/saat sürəti 3,4 saniyəyə yığır. Maksimum sürəti isə 324 km/saatdır. Avtomobil şəhər yollarında 18 litr, qarışıq olaraq isə 12-13 litr yanacaq işlədir.

Yeni "Lamborghini" 275 min avroya satılır

Avtomobilin qiymətinə gəlincə, İ.Əhmədov bildirib ki, yeni "Huracan LP 610-4 Spyder" 275 min avroya satılır. Əlavə təhcizatdan aslı olaraq avtomobilin qiyməti bu qiymətdən aşağı və ya yuxarı ola bilər. Avtomobilə 3 illik zəmanət verilir.

Bakıda 5 "Lamborghini" satılıb

Qeyd edək ki, "Huracan LP 610-4 Spyder" Bakıda satışa çıxarılan sayca 6-cı "Lamborghini"dir. 2014-cü ildən indiyə kimi Bakıda "Aventador", "Gallardo", "Huracan" modellərində 5 avtomobil satılıb.

İranlılar "Lamborghini"ni Bakıdan almaq istəyir

İbrahim Əhmədov bildirib ki, Bakıda satılan "Lamborghini" avtomobillərini qonşu ölkələrdən də sifariş etmək istəyənlər var. Məsələn, İranda bu avtmobillərin rəsmi nümayəndəliyi fəaliyyət göstərmir. İran vətəndaşları Bakıdan bu avtomobilləri sifariş etmək istəyirlər. Qonşu ölkədə qoyulan qadağalara görə, onlar "Lamborghini" modellərini Bakıdan ala bilmirlər. Bununla yanaşı, İran və Gürcüstandan "Lamborghini" avtomobillərinin servisi ilə bağlı müraciətlər edilir. Və "Avtolux Azərbaycan" şirkətinin əməkdaşları bu ölkələrdə də səyyar xidmət göstərir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>