Bu avtomobilləri almayın! – FOTOLAR
Bizi izləyin

Avtopublika

Bu avtomobilləri almayın! – FOTOLAR

Avtomobillərdə təhlükəsizliyin təmin olunması müştərilərin seçim etdiyi ən əhəmiyyətli məqamlardan biridir. Müasir dövrdə yalnız sürücü və sərnişin üçün deyil, piyadalar üçün də avtomobil təhlükəsizliyi son dərəcə əhəmiyyətli sayılır. Artıq inkişaf edən texnologiyaların sayəsində qəza anında piyadaların da can təhlükəsizliyi düşünülür və bu istiqamətdə tədbirlər görülür.

Adətən, avtomobillərin təhlükəsizliklərinin səviyyəsi qəza testləri nəticəsində bəlli olur. Bu da avtomobillərdə quraşdırılan hava yastıqları, əyləc sistemləri və digər təhlükəsizlik tədbirlərinin səviyyəsi ilə ölçülür və buna uyğun olaraq yoxlanılan avtomobil modellərinə test balları verilir. Bu yoxlama testlərində ən aşağı bal 1 ulduz sayılır.

Ancaq bu gün istehsal edilən elə avtomobil modelləri var ki, təhlükəsizlik səviyyəsi heç 1 ulduza da cavab vermir. Doğrudur, həmin avtomobil modelləri Azərbaycanda populyar deyil. Ancaq oxucuların həmin avtomobillərin adları ilə tanış olması məqsədəuyğun olardı.

Publika.az hazırda istehsal edilən dünyanın ən etibarsız avtomobil modellərinin siyahısını təqdim edir:

"Hyundai EON", "Renault Kwid", "Suzuki Maruti Celerio", "Mahindra Scorpip" Adıçəkilən bu avtomobillərin heç birinin hava yastığı yoxdur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm