Yeni KIA Optima-nı seçməyin 2014 səbəbi-VIDEO (R)
Bizi izləyin

Avtopublika

Yeni KIA Optima-nı seçməyin 2014 səbəbi-VIDEO (R)

Yeni KIA Optima-nı seçməyin 2014 səbəbi-VIDEO (R)

KİA Motors-dan tamamilə yeni və cəlbedici Optima 2014-cü il üçün yeni modelini təqdim etdi. Optima özünün hər bucağında eleqant və atletik əminlik ifadə edən dinamik və hamar profili ilə Kia-nın yeni dizayn xəttini davam etdirir.

Dizaynda yeniliklər

Orta ölçülü sedan segmentində dominantlıq uzunmüddət istəyə deyil funksiyaya məxsusdur. 2014 Optima isə münasib qiymətə həm üslub, həm də funksionallığı birləşdirməklə modelin novator statusunu ortaya qoyur. Optima-nın müasir görünüşünü daha da təkmilləşdirən Kia-nın Frankfurt dizayn komandası avtomobilin ön və arxa paneli və brendin imzası sayılan radiator barmaqlığı yeniləyiblər. Avtomobilin sərt duruşu və aerodinamik forması yeni arxa səsboğucu və baqaj örtüyündə daha da qabardılıb.

Avropa yönümlü dizaynın işıqlandırmasında LED qabarit və duman əleyhinə faralar və yeni dizayn edilmiş LED arxa fənərlər diqqəti cəlb edir. Yeniliklər Optima-nın salonunda da davam edir. Belə ki, avtomobil sürücünü daha yüksək keyfiyyətli və "haytek" funksiyalarla qarşılayır. Optima-nın işə salma düyməsini basmaqla iki yeni displey açılır: 4,3-düymlük TFT LCD alətlər paneli və UVO eServices, 8 səsgücləndiricili Infinity® səs sistemi, HD Radio™®, SiriusXM™ Satellite Radio və SiriusXM Traffic™4 sistemlərinin idaretmə xüsusiyyətinə malik 8-düymlük yüksək rezolyusiyalı opsional navigasiya və telematika ekranı.

Oturacaqların yeni dizaynı rahatlığı təmin edərkən, arxadakı hərəkətə nəzarət edən və arxa parklama sensorlarına malik opsional Blind Spot Detection (BSD) adlanan gizli zonalara nəzarət sistemi komfortu və təhlükəsizliyi artırır. 2014 Optima-nın hər biri çoxlu sayda standart opsiyalarla təchiz edilib.

LX trim xrom başlıqlı iki ədəd səsboğucu, gün əleyhinə şüşələr, güzgülərdə dönmə işıqları, ön duman əleyhinə faralar, yan güzgülərin isidilməsi, xrom örtüklü qapı tutacaqları və 205/65R16 ölçülü təkərli yeni 16-düymlük disk və altı pilləli avtomatik transmissiya ilə təchiz edilib.

EX trim isə 215/55R17 ölçülü təkərlərli daha iri 17-düymlük disklər, dəri oturacaqlar, sürücü oturacağının 8 istiqamətdə avtomatik tənzimlənməsini və işıqlandırılan stəkan altlıqları təklif edir. SX trimə gəldikdə müştərilər 225/45R18 təkərlərə malik yeni 18-düymlük disklərdən, unikal ön və arxa alçaq bamperlərdən və kənar alt haşiyələrdən və aerodinamik şüşətəmizləyənlərdən zövq alacaqlar. SX trimə işıqların istiqamətini avtomatik tənzimləyən HID (ksenon) faralar da daxildir.

Nəhayət ən yüksək pillədə yer alan Limited trimə daxil olan unikal 18-düymlük xrom disklər, yeni LED duman əleyhinə faralar, qırmızı əyləc supportları, xrom örtüklü kənar haşiyələr, EPB və premium Nappa dəri oturacaqlar Optima-nı mükəmməlliyin yeni zirvəsinə qaldırır. Dinamik və sərfəli transmissiya Yeni Optima GDİ texnologiyalı iki güclü Theta II mühərrikləri ilə təklif olunur: 2,4-litrlik 4-silindrli GDİ və ya 2,0-litrlik GDİ turbo mühərrik. 2,4-litrlik mühərrikə malik hibrid güc aqreqatı da sifariş etmək mümkündür. 2.4 GDİ mühərriki LX, EX və SX trimlərdə sifariş etmək mümkün olduğu halda, daha güclü 2.0 turbo GDİ ekskluziv olaraq SX üçün təklif olunur. Bu mühərriklərin hər biri muftasız ötücürülü Sportmatic® xüsusiyyətə malik 6 pilləli avtomatik transmissiya ilə təchiz olunub. 2014 Optimanın SX sport variantı üçün ekskluziv yenilik İdarəetmə Üsulunun Seçilməsidir (DMS). Bu, sürət qutusu pillələrin dəyişmə rejimini və sükan çarxının "yüngüllüyünü" tənzimləyərək müştərilərə tənzimlənə bilən idarəetməni təklif edir.

Player Services player-services.goviral-content.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm