“Bizə qədər Azərbaycanda 7 “Ferrari” var idi“ - FOTOLAR
Bizi izləyin

Avtopublika

“Bizə qədər Azərbaycanda 7 “Ferrari” var idi“ - FOTOLAR

“Bizə qədər Azərbaycanda 7 “Ferrari” var idi “

"Bizə qədər Azərbaycanda 7 "Ferrari" var idi "

Məlum olduğu kimi, Bakıda "Ferrari"nin rəsmi dileri açılıb. Bundan sonra, Avropanın klassik markası sayılan bu avtomobilləri əldə etmək üçün İtaliyaya getmək lazım gəlməyəcək.Düzdür, dəyəri 300 min manatdan başlayan avtomobillərin nə dərəcədə yüksək satış göstəriciləri nümayiş etdirəcəyini söyləmək çətindir. Lakin bir həqiqət var "Ferrari" bir lüksdür. Şirkətin rəhbərliyinin özünün dediyi kimi onlar avtomobil deyil arzular satırlar.Ona görə, 1 ildən sonra Bakının küçələrində ildə 2 ədəd istehsal olunan, dəyəri milyon dollardan başlayan xüsusi modellərə də rast gəlsəniz təəcüblənməyin.

Publika.Az bu və digər suallarla bağlı "Ferrari"nin ticarət üzrə baş vitse prezidenti Enrico Gallieranın müsahibəsini təqdim edir.

-Son illər Avro Bölgəsində yaşanan krizis avtomobil sektorundan da yan keçmədi. Bir sıra avtomobil şirkətləri səhm paylarını satdılar. Bəzilərinin gəlirləri düşdü. "Ferrari"nin böhrandan zərəri oldumu?

-"Ferrari" lüks məhsul satır. "Ferrari"nin digər avtomobil istehsalçılarından fərqli xüsusiyyəti odur ki, bütün istehsal prosesi- dizayndan başlayaraq məhsulun tam hazır vəziyyətinə qədər İtaliyanın Modena şəhərindən 18 km aralıda Maranellodakı istehsal qərargahında aparılır. Proses nəzarət altında bir mərkəzdən idarə olunaraq həyata keçirilir. Buna görə də istənilən halda manevr etmək azadlığına sahibik. Hansı ki normalda bu digər avtomobil istehsalçılarında yoxdur. Bunu sadə şəkildə belə izah edim. Məsələn, siz onlarla fəqrli avtomobil təklif edən şirkətlərlə birgə işləyirsiz. Onların problemi olanda sizə, sizin probleminiz olanda onlara təsir edir. "Ferrari" müstəqil olduğundan istənilən krisiz halında gözlənilməyən qərar qəbul etməklə vəziyyətdən çıxmağı bacarır.

- Bazar göstəricilərində azalma necə, o da baş verməyib?

-Məqsədimiz çox sayda avtomobil satmaq deyil. Krisiz dönəmində belə maşınların satışı yüksək olub. "Ferrari"nin yaradıcısı Enzo Ferrari deyirdi ki, mən tələb olunandan həmişə az istehsal edirəm. Dolayısı ilə şirkət bazardakı tələbi tam qarşılamır. Daim bazarda "Ferrari" ni istəyib ala bilməyən kimsə olmalıdır.

-Bir sözlə tələb daha yüksək olmalıdır.

-Strategiyanın məntiqi nəticəsi ondan ibarətdir ki, insanlar "Ferrari"ni almaq üçün gözləməlidirlər. "Ferrari"ni gözləyən müştərilərin uzun siyahısı və gözləmə müddəti var. Avtomobili sifariş verdikdən sonra normal gözləmə müddəti 12 aydır. Bu gün istehsal olunan "Ferrari"lərin hamısı satılıb.

-İlə nə qədər avtomobil istehsal edilir?

Son iki il ərzində istehsal limitləşdirilib. İstehsal sayı 7 min ədədi keçmir. Baxmayaraq, bazarın tələbatı 8 min ətrafındadır. Hər il min müştəri növbəti ili gözləyir.

-Alıcıların coğrafi baxımdan kontingenti necədir. Konkretləşdirsək, Qərb yoxsa Şərq ölkələrinə daha çox avtomobil satırsınız?

-Ən önəmli bazar Amerikadır. Satış bazarının 30 faizini təşkil edir. Almaniya, Çin, Yaponiya, Birləşmiş Krallıq yüksək alıcı gücünə sahib bazarlardır.

-Ərəb şeyxləri sizdən avtomobil almır?

-Dünyanın 62 ölkəsində "Ferrari"nin nümayəndəlikləri var. Ərəb ölkələrində də "Ferrar" brendi müştərilər tərəfindən sevilir.

-Zaman-zaman məşhur avtomobil markalarında texniki nasasızlıq aşkarlanır. Hətta böyük partiya ilə onların geri çağırışı baş verir. "Ferrari " ilə bağlı analoji hal qeydə alınıb?

-"Ferrari" avtomobillərində hər hansı texniki nasasızlığa rast gəlinməyib. Keyfiyyətə nəzarət mexanizmləri var. Sadəcə bir neçə il əvvəl hansısa modelin əhəmiyyətsiz detalında problem aşkarlanmışdı. O da istehsal prosesində aradan qaldırıldı. "Ferrari" müştəriyə satılmazdan öncə yoxlanılaraq testlərdən keçirilir. Son prosedur müştəriyə təqdimat olur.

-"Ferrari" ildə 2 ədəd sifariş əsasında xüsusi model hazırlayır. Müştərinin kaprizləri hansı həddə qədər ödənilir?

- Kimsə öz xanımının saçından bir tel gəririb həmin rəngdə model sifariş verirsə şirkət bu istəyi belə reallaşdıra bilir.Yəni "Ferrari" bu qədər ekskluzivliyə önəm verir. Onu da deyim ki, özəl model hazırlananda avtomobilin dəyərinin üzərinə təxminən 35 faiz əlavə olunur.

- "Ferrari" ilə bağlı bir xüsus da var. Avtomobillərin ikinci ələ düşdüyü zaman dəyərinin üstündə qiymətlərə toplanmasıdır. Deyilənə görə, bunun nəticəsidir ki, ikinci əl saytlarında köhnə model və ya aşağı qiymətli "Ferrari"yə rast gəlmək çətindir.

- Əslində şirkətin strategiyasıdır. Bu yolla "Ferrari" markası dəyərini itirməyən vasitə olaraq xatırlanır. Təbii olaraq bu da marka imici üçün hər istehsalçının axtarıb da tapa bilmədiyi qatqı deməkdir.

- Dillerin açılışından əvvəl heç Azərbaycana avtomobil satmışınız?

- Birbaşa hansısa müştəriyə satış həyata keçirilməyib. Lakin təxmini rəqəmlərə görə Azərbaycanda bizə qədər 7 "Ferrari" var idi. Yəni bu qədər maşın ölkəyə gətirilib. Sonradan çıxarılıb və ya qalıb dəqiq məlumat yoxdur.

- "Ferrari" son illər pərakəndə satışla da məşğuldur.

- Fashion –la məşğul olmuruq. Əsasən sport stildə geyimlər, aksessuarlar, ətirlər istehsal edilir.

- Yəni qadınların da zövqünü öxşayırsız?

- Təəssüf alıcılarımızın cəmi 5 faizini qadınlar təşkil edir.

- "Ferrari" yəni bütün mənalarda kişi brendidir?

- Demək olar ki bəli.

- Bu qədər Ferrarinin özəlliyindən danışdınız. Özünüzün avtomobilinizin markası da çox güman "Ferrari"dir.

- Şirkətin strategiyasına görə" Ferrari " avtomobilini ancaq müştərilər idarə edə bilər. Şirkətin prezidentindən başqa, heç bir işçisində "Ferrari" yoxdur. Olmamalıdırda.

Leyla Əliyeva

Fotolar Xəyalındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm