Azərbaycan şərabı içib avtomobil sürən rus qadını: fəlakət – FOTOLAR
Bizi izləyin

Avtopublika

Azərbaycan şərabı içib avtomobil sürən rus qadını: fəlakət – FOTOLAR

Kişilər həmişə deyir ki, sükan arxasında qadın fəlakət deməkdir. Üstəlik, bu qadın bir az spirtli içki qəbul edibsə, fəlakətin miqyası 10 dəfə artır.

Rusiyanın Petropavlosk şəhərində yaşayan biznesmen xanım Azərbaycan şərablarını, xüsusən də ölkəmizdən eksport olunan "Karavan-Saray" şərabını çox sevir. Bu günlərdə yenə bizim şərabın dadına baxan xanım içkili olmasına baxmayaraq, 60 min dollarlıq "Porsche Cayenne" avtomobilinə oturmaqdan çəkinməyib.

Amma sərxoş xanım bahalı avtomobili "yarış dəvəsi" kimi idarə edib və içkini təsirindən qonşunun həyətini karvansarayla səhv salıb. Saatda 100 km sürətlə qonşunun həyətinə keçən avtomobilin qabaq təkərləri yerindən çıxıb daş hasarın yanına düşüb.

Bundan sonra o, maşını və içdiyi şərabın boş şüşəsini hadisə yerində qoyaraq qaçıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm