Avtopublika
Azərbaycanda sürülən ən köhnə maşınlar
Azərbaycanda istifadə olunan avtomobillərin yarıdan çoxu 10 ildən əvvəl buraxılanlardır.
Bu barədə publika.az-a İcbari Sığortalar Bürosundan (İSB) bildirilib.
Bürodan verilən məlumata görə, indiyədək icbari sığorta edilmiş 892 528 avtomobildən yalnız 2 696-sı və ya 3%-i yeni, yəni 2014-cü ilin buraxılışı olan maşınlardır.
Digər avtomobillərə gəlincə, İSB-də qeydiyyatda olan avtomobillərin
16%-i və yaxud 147 mini yaşı 4-ə qədər olanlar, 25%-i və yaxud 227
mini 4-10 yaşlılardır. Başqa sözlə, ölkədəki avtomobillərin yalnız
44%-i 10 ilədək yaşı olanlardır. Avtomobili
36%-i və yaxud 322 mini 10-20 yaşlılar, 14%-i və yaxud 125 mini
20-30 yaşlılar, 8%-i və yaxud 71 mini isə istehsal tarixi 30 ildən
çox olanlardır.
Köhnə maşınlar arasında yaşı 65-75 il olan avtomobillər də var.
Məsələn, sürülən maşınların ən yaşlısı 1939-cu ilin buraxılışı olan
"Horch 853A" avtomobilidir.
Bundan başqa, siyahıda 1940-cı ilin "PACKARD"ı, 1941-ci ilin
"Willys MB"-si, 1947-ci ilin "BMW 321"-i, 1949-cu ilin "PLYMOUTH",
"CADİLLAC SERİES-62", "OPEL KAPİTAN", "QAZ–M-20 POBEDA" və
"Moskvitch M-400"-ü , eləcə də 1950-ci ildə buraxılmış
"MOSKVITCH-20" var. (fin.az)
№ |
Avtomobinin markası |
Avtomobilin modeli |
İstehsal ili |
1 |
Horch |
853A |
1939 |
2 |
PACKARD |
1940 |
|
3 |
Willys MB |
1941 |
|
4 |
BMW |
321 |
1947 |
5 |
PLYMOUTH |
1949 |
|
6 |
CADİLLAC |
SERİES-62 |
1949 |
7 |
OPEL |
KAPİTAN |
1949 |
8 |
QAZ–M-20 |
POBEDA |
1949 |
9 |
Moskvitch |
M-400 |
1949 |
10 |
MOSKVITCH |
20 |
1950 |
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...