Bakıda qadınlar üçün taksi
Bizi izləyin

Avtopublika

Bakıda qadınlar üçün taksi

Bakıda yalnız qadınlar üçün nəzərdə tutulmuş "Lady Taxi" xidməti fəaliyyətə başlayıb.

ANS PRESS-in məlumatına görə, B.A. Şirkətlər Qrupuna məxsus bu xidmət sırf xanımlar və azyaşlı uşaqlar üçün təşkil olunub.

"Lady Taxi" xidmətinin sürücüləri də xanımlardır. Xəttə buraxılan taksilər ən son avadanlıqlarla təchiz edilib. Salonda quraşdırılan GPS avadanlığı və izləmə kamerası müştərilərə rahat və təhlükəsiz səyahət imkanı yaradır. Yaxın günlərdə bu taksilərdə internet də quraşdırılacaq.

Gediş haqqına gəldikdə isə, sərnişinlər hər kilometr üçün 85 qəpik ödəyəcəklər. Gələcəkdə daimi müştərilərə gözəllik salonlarına, restoranlara və digər xidmət və əyləncə məkanlarına güzəşt kartlarının təqdim ediləcəyi də planlaşdırılır.

Layihə uğurlu olacağı təqdirdə, bu xidmətin Bakı ilə yanaşı, digər şəhərlərdə də həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Lady Taxi"nin xidmətindən istifadə etmək üçün mobil telefonlardan *6868 nömrəsini yığmaq lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm