Avtopublika
Paytaxtda yeni avtomobil yolu çəkilir
Paytaxtda yeni avtomobil yolunun çəkilişinə başlanılıb. Bu yolun salınmasında əsas məqsəd təxminən bir il sonra ölkəmizdə start götürəcək Birinci Avropa oyunlarıdır.
Publika.az-ın məlumatına görə, Birinci Avropa oyunlarına
qədər paytaxtda daha bir avtomobil yolunun tikintisi gerçəkləşəcək.
Yeni yol başlanğıcını Bakı Beynəlxalq Avtovağzal kompleksində
yerləşən birinci səviyyəli qovşaqdan götürməklə, Stend Atıcılıq
İdman Kompleksinə qədər uzanacaq. 4 zolaqlı avtomobil yolunun ümumi
uzunluğu 1,4 km, eni isə 22 m olacaq. Layihə üzrə avtomobil yolunda
tikiləcək çiyinlərin eni 2,5 metr, ayırıcı zolağın eni isə 1 metr
olacaq. Hazırda ərazidə torpaq qazma və torpaq tökmə işləri həyata
keçirilir.
Layihə çərçivəsində avtomobil yolu bir qədər də
genişləndiriləcək. Yolu burdan düşən sürücülər üçünsə, gediş-gəliş
asanlaşacaq.
Müasir işıqlandırma sistemi ilə təchiz olunacaq yoldan
gələcəkdə Bakı Dairəvi yoluna da çıxış olacaq. Bunun üçün tikiləcək
2 zolaqlı yol respublikanın şimal və şimal-qərb bölgələrindən gələn
nəqliyyat vasitələrinin paytaxta girişini təmin edəcək.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan
Mürsəliyev ərazidəki işlərin 2015- ci ilin birinci rübünə qədər
yekunlaşacağını deyir. Çünki məhz həmin ildə keçiriləcək olimpiya
oyunları ilə əlaqədar yol tikilərək sürücülərin istifadəsinə
verilməlidir.
Bütün bu görülən işlər Nəqliyyat Nazirliyi tərəfindən
nəqliyyat-yol kompleksi adlı Dövlət Proqramı çərçivəsində həyata
keçirilir. Bu plan yeni yolların salınmasıyla yanaşı, mövcud
yolların təmiri, yeni yol qovşaqları və piyada keçidlərinin
inşasını da özündə ehtiva edir.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO