
Türkiyədə avtobus sürərkən sürücünün kitab oxuması sosial
şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
ANS PRESS-in məlumatına görə, Taşdelen - Çekmeköy arasındakı
yolda hərəkət edən avtobusun sürücüsü əvvəlcə telefonla danışır.
Daha sonra isə əlindəki kitabı oxumağa başlayır. Bir gözü yolda,
bir gözü kitabda olan sürücünü bu vəziyyətdə bir sərnişin videoya
çəkib.
Sosial şəbəkələrdə sürücünün bu addımı tənqid edilib və
sərnişinlərin təhlükəsizliyi üçün müvafiq qurumların tədbir
görməsini istəyiblər.