BMW 1,6 milyon avtomobilini geri çağırdı
Bizi izləyin

Avtopublika

BMW 1,6 milyon avtomobilini geri çağırdı

Dünyanın ən məşhur avtomobil şirkəti olan BMW 1,6 milyon avtomobilini geri çağırıb.

ANS PRESS-in məlumatına görə, şirkət təhlükəsizlik yastığı problemi səbəbi ilə 2000-2006-cı illərdə istehsal etdiyi 3 seriyadan olan avtomobillərini geri çağırmaq qərarına gəlib.

BMW-dən verilən açıqlamada bildirilir ki, "Takata Corp" tərəfindən istehsal edilən təhlükəsizlik yastıqlarından istifadə edən digər avtomobil istehsalçıları problem yaşadığı üçün bu addım atılıb.

Qeyd edək ki, 1,6 milyon avtomobilin 1/3-i Amerika qitəsindədir.

Şirkət muştərilərindən bu barədə heç bir şikayət gəlmədiyini, lakin bu addımın gələcəkdə yarana biləcək təhlükələri sığortalamaq üçün atıldığını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm