Tələbələrin hazırladıqları ən maraqlı avtomobil layihələri – Fotolar
Bizi izləyin

Avtopublika

Tələbələrin hazırladıqları ən maraqlı avtomobil layihələri – Fotolar

İyul ayının ortalarında 21 yaşlı tələbə Kevin Faktor özünün Filippində istehsal olunacaq ilk idman avtomobilini təqdim edib. Elə bu vaxt da Hollandiyadan olan tələbələr öz idman avtomobillərini yaratmaq niyyətində olduqlarını bildiriblər.

Publika.az isə tələbələrin beynində cücərən ən maraqlı və ambisiyalı avtomobil layihələrini təqdim edir.

  1. "Factor Airelio" Filippin idman maşını tələbə Kevin Faktor və sahibkar Brendan Aurelio tərəfindən hazırlanıb.
  2. "İnMotion İM01"idman maşının nüsxəsi. Dünyanın ən sürətli avtomobili hesab olunan "İnMotion İM01" maşının layihəsini Eyndhovenin Texniki Universitet tələbələri hazırlayıblar. Hollandların fikrincə, bu avtomobil Nürburgring trekini 6 dəqiqə 11,13 saniyədən də tez başa vura biləcək. Bu rekord 1983-cü ildə Ştefan Bellof tərəfindən 1000 kilometrlik yolda "Porche 956 Group C" avtomobili ilə qeydə alınıb.
  3. "Alfa Romeo Gloria" avtomobilinin layihəsini Avropanın dizayn universitetinin 20 tələbəsi hazırlayıblar. Avtomobilin premyerası 2013-cü ildə Cenevrədə baş tutub.
  4. Elektriklə işləyən ikinəfərlik "Abarth Scorp-İon" avtomobili də eyni adlı universitetin 7 tələbəsi tərəfindən hazırlanıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm