Avtopublika
Sürücülük vəsiqələri ləğv ediləcək
Böyük Britaniyada kağız sürücülük vəsiqələri elektron analoqları ilə əvəz ediləcək
Gələn ildən Böyük Britaniyada kağız sürücülük vəsiqələri elektron analoqları ilə əvəz ediləcək. Fins.az-ın məlumatına görə, söhbət "View Driving Record" adlı elektron sistemin işə düşməsindən gedir. Bu sistem sentyabrdan etibarən hər bir sürücünün hansı nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmasını, nə qədər cərimə balı almasını, sürücülük vəsiqəsinin nə vaxt qüvvədən düşməsini öyrənməyə imkan verəcək. Yerli hökumət həmçinin avtomobil icarədarlarına, sığortaçılara, işəgötürənlərə və sürücülük təlimatçılarına sürücülər haqqında informasiya əldə etməyə imkan verəcək "Share My Driving Record" xidməti üzərində iş aparır.
Böyük Britaniyanın sığorta şirkətlərində ümid edirlər ki, yeni sistem sığorta üçün müraciət edən insanların sürücülük tarixçəsinin yoxlanılması prosedurunu sadələşdirəcək və dəqiqliyi artıracaq. Bu, həm sığorta şirkətlərinə, həm də müştərilərə pula qənaət etməyə imkan verəcək.
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO