“Avro-4”ə uyğun olmayan maşınlarla bağlı sərt qərar
Bizi izləyin

Avtopublika

“Avro-4”ə uyğun olmayan maşınlarla bağlı sərt qərar

Avqustun 16-dan etibarən xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasına müvəqqəti gətirilməsi qaydaları sərtləşdirilir.

Bundan sonra avtomobillərin sahibləri tərəfindən müvəqqəti gətirilməyə dair təsdiqedici sənədlər təqdim edilmədikdə, məlumatların çatışmazlığı aşkarlandıqda və müvəqqəti gətirilmə proseduru ilə bağlı riskli hallar yarandıqda gömrük orqanları tərəfindən üçüncü şəxsin zaminliyi və ya müvəqqəti gətirilmə proseduru üçün maliyyə təminatı və ya Gömrük Məcəlləsi ilə müəyyən edilmiş digər təminat üsulları tələb olunacaq.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, son zamanlar fiziki şəxslər tərəfindən Azərbaycan ərazisinə müvəqqəti gətirilən və Avro-4 ekoloji standartlarının normalarına cavab verməyən avtomobillərin geri qaytarılma müddətlərinə riayət edilməməsi halları artıb. Bununla əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən gömrük qanunvericiliyinin tələblərinin təmin olunmasına dair müvafiq tədbirlər həyata keçirilib. /bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm