Avtomobil idxalı üçün lazım olan sənədlər açıqlandı
Bizi izləyin

Avtopublika

Avtomobil idxalı üçün lazım olan sənədlər açıqlandı

Dövlət Gömrük Komitəsi qeyri-rezident fiziki şəxslər tərəfindən xarici ölkələrdə daim qeydiyyatda olan XİFMN-ın 8703 və 8711 mal mövqələrinə aid Avro-4 ekoloji norma və standartlarına uyğun olmayan avtonəqliyyat vasitələri və onların qoşquları (yarımqoşquları) Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilərkən gömrük orqanlarına təqdim olunan təsdiqedici sənədlərin siyahısını açıqlayıb.

Publika.az DGK-nın saytına istinadən xəbər verir ki, tələb olunan sənədlər bəyannamə, pasport, avtonəqliyyat vasitəsinin mənsub olduğu ölkədə daimi qeydiyyatda olmasını təsdiq edən sənəd (dövlət qeydiyyat şəhadətnaməsi), avtonəqliyyat vasitəsi mülkiyyətçi tərəfindən deyil, digər şəxs tərəfindən istifadə olunduqda həmin şəxs barəsində verilmiş vəkalətnamə və avtonəqliyyat vasitəsi viza rejimi tətbiq olunan ölkələrdən gətirildikdə viza və ya tələb olunduğu halda şəxsə Azərbaycan Respublikasında müvəqqəti yaşama üçün verilmiş icazə vəsiqəsi və ya müvəqqəti olma müddətinin uzadılması haqqında qərardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm