• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Zirehli avtomobillər belə hazırlanır

Zirehli avtomobillər belə hazırlanır

Mercedes-Benz özünün zirehli S-Class modelinin sirlərini açdı. Gülləkeçirməyən bu model Guard adını almışdır. İstehsalçıdan verilən məlumata görə, S-Class modelinin zirehi VR6/VR7 səviyyəsinə tam cavab verir. Bu da, Avropa qiymətləndirməsində DIN/ES ən güclü təhlükəsizlik sayılır. Avtomobil tam olaraq zirehdələn güllələrə qarşı tab gətirə bilər. Əgər avtomobilin hər hansı şüşəsinə bomba bərkidilsə belə, avtomobil partlayışdan sonra hərəkətini davam etdirmək imkanına malikdir. Həmçinin əgər avtomobil mina üzərindən keçsə, lakin hərəkətini böyük ehtimalla davam etdirə bilməsə də, avtomobildə quraşdırılan zirehli altlıq və təkərlər sayəsində sərnişinin tam təhlükəsizliyini təmin edə bilər.

Yeni Mercedes-Benz S-Class Guard Almaniyada Zindelfinqendə tam olaraq əllə hazırlanır. Zavod işçiləri qapı örtüyünü çıxardır və qalınlığı 5 santimetr olan list metalı boltlarla bərkidirlər. Alın şüşəsi də, əllə bərkidilir. Onun qalınlığı 10 sm və çəkisi isə 135 kiloqrama bərabər olur. Beləliklə də, zirehli Mercedes-Benz istehsalı adi istehsaldan tam fərqlənir.

Kuza hissəsinin hazırlanması

Müasir avtomobillərin ən zəif yerləri əsasən qapıları olur. O səbədən də, qapıların zirehlə təmin edilməsi üçün ilk növbədə onlar çıxarılır və üst örtüyü ayrılır. Beləliklə də, mütəxəssislərin qarşısında durən əsas vəzifə qapıda olan bütün boşluqları doldurmaq olur. Bundan ötrü onlar kəsilir və aralarına xüsusi metal lövhəciklər yerləşdirilir. Zireh səviyyəsindən asılı olaraq bu metal ya adi list metal (ucuz və çox etibarlı zireh), ya da, ballistik neylondan (zirehli gödəkçələrdə olan kimi) ibarət olur. Bundan başqa zirehli qapılarda vacib elementlərdən biri də üçüncü gücləndirilmiş döngü quraşrılır, əks halda qapı sadəcə olaraq yerindən qopa bilər. Döşəmə və tavan hissəsi list metaldan başqa, aramid liflərə əsaslanan ballistik parçalarla bərkidilir.

Əsas məqsəd avtomobilin kuzov hissəsini mümkün qədər çox zirehli örtüklərlə təmin etməkdir. Lakin bununla belə avtomobilin xarici görünüşü dəyişməməlidir. Başqa sözlə desək avtomobilin xarici görünüşü onda quraşdırılan güllə əleyhinə zirehi büruzə verməməlidir. Bir qayda olara bamper hissəsində zərbəyə davamlılıq üçün gücləndiricilər quraşdırılır. Onun əsas vəzifəsi avtomobilin gülləyə qarşı ən zəif hissəsi olan radiatorunu qorumaqdır.

Şüşələr

Şüşələrin zirehlənməsi avtomobili daha da təhlükəsiz edir. Əgər avtomobil tam olaraq təhlükəsizliyə cavab verirsə, onda onun şüşələrinə atəş açmaq mənasız olur. Əsasən də, alın şüşəsinə. Avtomobilin yan şüşələri polikarbonat və qurğuşundan ibarət qatla hazırlanır. Zirehli avtomobillərdə quraşdırılan ən nazik şüşənin qalınlığı 2 sm təşkil edir ki, bu da, onu 9 mm kaliberli silahdan atəş açılan zaman qoruyur. Ən qalın yan şüşələri isə 5 sm qalınlığında olur. Bu isə sərnişinləri snayper silahından açılan atəş zamanı qorumağa imkan verir.

Ancaq təkcə qalın güllə keçirməyən şüşələrin quraşdırılması ilə kifayətlənmək olmaz. Bu şüşələr adi şüşələrdən bir neçə dəfə ağır olduğuna görə onlar üçün xüsusi şüşəqaldıranlar hazırlanır.

Təkərlər

Zirehli avtomobillərin təkərlərində boşluqların olmaması və onların tam olaraq preslənmiş rezindən ibarət olması hekayəsi tam olaraq yanlışdır. Əksər gülləkeçirməyən modellərdə Run-Flat texnologiyasına əsaslanan təkərlər quraşdırılır. Belə təkərlərin yan hissələri daha gücləndirilmiş olur və bu avtomobilin hətta atəş açılan zaman təkəri deşilsə belə 50 km məsafə qət etməsinə köməklik edir.

Alternativ üsul kimi zirehlənmiş avtomobildə adi rezin təkər quraşdırıla bilər. Ancaq bu halda daxili polimerdən ibarət dairədan ibarət olmalıdır. Əgər bu halda təkər deşilsə onda daxildəki dairə ilə avtomobil 90 km məsafəni qət etmək imkanına malik olar. Düzdü bu qədər məsafədən sonra təkəri atmaq lazım olacaq.

Asma və mühərrik

Bir qayda olaraq bu tip avtomobillərdə gücləndirilmiş mühərrik quraşdırılır. Çünki, zirehlənmiş avtomobilin çəkisi adi modeldən fərqli olaraq 1.5 - 2 dəfə çox olur. Bu halda Mercedes-Benz S-Class Guard ən güclü və sürətli W222 – S600 mühərrikinə sahib olub. V12 tipli 6.0 litr tutuma malik bu mühərrik 530 a.g. verir və 830 Nm dövr anına əsaslanır. Mühərrik 7 pilləli avtomat ötürücü ilə birgə çalışır. O ki qaldı zirehli avtomobilin asma hissəsinə, bu halda onu daha da, təkmilləşdirməyə ehtiyyac yaranır. Çünki avtomobilin çəkisinin artması ilə asma da, dəyişikliyə uğramalıdır. Standart dəyişikliyə - gücləndirilmiş amortizatorlar və purjinlər, həmçinin digər metal və metal qarışıqlarından ibrət hissələr uğrayır.

Qiyməti

Zirehlənmiş modellərin qiyməti standart hallarda adi modellərin qiymətlərindən 15-30% baha olur. Əgər yeni Mercedes-Benz S600 Guard 200.000 avro dəyərində qiymətləndirilirsə, onda, adi S600-ün qiyməti təqribi 75000 avroya bərabər olur.

Ən çox tələbat olan ölkələr

Əgər söhbət zirehli avtomobillərdən gedirsə, onda, bu modellərə ən çox Latın və Cənubi Amerikada ehtiyyac duyulur. Məsələn, keçən il ən çox zirehli avtomobil Braziliyada satılıb. Bu da, onunla izah olunur ki, Braziliyada cinayətkarlığın sayı ABŞ-dan 5 dəfə çoxdur.

Azərbaycan üçün zirehli avtomobillərin ümumi sayı məlum deyil. ABŞ-da isə son 20 il ərzində rəsmi olaraq 5.500 avtomobil istehsal üçün sifariş verilib. Ən çox sifariş isə şəxsi alıcılara məxsusdur. /Avtoelan.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR