100 milyon il əvvəl yaşamış dinozavr tapıldı
Bizi izləyin

Avtopublika

100 milyon il əvvəl yaşamış dinozavr tapıldı

Yaponiyalı paleontoloqlar 100 milyon il əvvəl yaşamış dinozavrların titanozavr nəslindən yeni növ aşkar edildiyini təsdiqləyiblər.

Publika.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, yeni növ dinozavrlar indiki Yaponiya ərazisində yaşayıb.

Tamba şəhəri ərazisində qazıntı qalıqlarını hələ 2006-cı ildə yerli məktəblərdən birinin müəllimi aşkar etmişdi. Qazıntı yerinə çağırılan arexeoloqlar dinozavr skeletinin hissələrini toplayaraq yoxlanılması üçün Yaponiya universitetlərinə göndəriblər.

Otyeyən titanozavr dünyanın quruda yaşamış ən iri heyvanıdır. Bu növ heyvanın uzunluğu təqribən 40 metr, çəkisi isə 80 tondur..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm