Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq
Bizi izləyin

Avtopublika

Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq

Həftə sonu Aeroport şosesində hərəkət məhdudlaşdırılacaq.

Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, şənbə və bazar günləri, avqustun 16-17-də paytaxtın Aeroport şosesində Sabunçu istiqamətində gedən körpünün, həmin ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında yeni informasiya lövhəsinin quraşdırılması ilə əlaqədar saat 14:00-dan sonra, günün ikinci yarısından quraşdırma işləri başa çatanadək həmin yolda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, həmin ərazidə sıxlığın, tıxacların yaranmaması üçün alternativ Aeroport-Hövsan beton yolundan istifadə etsinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm