Retro-avtomobillərə artan marağın sirri
Bizi izləyin

Avtopublika

Retro-avtomobillərə artan marağın sirri

Artıq Bakıda retro-avtomobillərin vahid muzeyi fəaliyyət göstərir. 80-ə yaxın köhnə maşın həvəskarı əsasən əlamətdar günlərdə toplaşırlar.

ANS TV-nin məlumatına görə, Azərbaycanda retro-avtomobillərinə maraq artıb.

8 ildir retro-avtomobillər klubuna üzv olan Paşa İsmayılov "Qaz 21"markalı maşının sahibidir. O deyir ki, maşını ilə bir çox yürüşlərdə də iştirak edib və avtomobilini öz övladlarından ayırmır.

Retro-avtomobillər klubunda elə maşınlar var ki, 20 ildir heç bir dəyişiklik edilmədən olduğu kimi qalıb. Məsələn, Vaqif Qurbanovun "Qaz-21"i kimi. Öz avtomobili haqqında ağız dolusu danışan Vaqif retro əfsanəsinin Azərbaycana gətirilməsinin maraqlı bir tarixçəsinin olduğunu deyir:

"O, vaxtı Almaniyadan 250 ədəd gətirildi. Sonra 150-i Gürcüstana göndərildi. 100-ü isə Azərbaycanda qaldı. Bu həmin 100 maşından biridir".

Klubda keçmiş SSRİ-nin rəhbər şəxslərinin mindikləri maşınlara da rast gəlmək olur.

50-ci illərdə İosif Stalinin tapşırığı ilə 29 aya yığılmışdı. ZİM 60-70-ci illərin ən prestijli maşınlarından sayılırdı.

2002-ci ildə retro-maşın həvəskarları tərəfindən təsis olunan klubun hazırda 80-ə yaxın üzvü var. Burada Rusiya ilə yanaşı, Almaniya, İtaliya, İngiltərə və Fransa istehsalı olan maşınlar var. Klub üzvlərinin hamısı sırf retro-maşın sahibi deyillər. Belə avtomobillərə aid şəkilləri, modelləri, ədəbiyyatı toplayanlar da buranın üzvləridir. Klub bu ildən artıq rəsmi muzey statusu daşıyır. Klubun rəhbərliyi gələcəkdə üzvlərinin sayının artırmas üçün buranın açıq olduğunu deyir. Retro-maşını olan istənilən şəxs kluba müraciət edib oranın üzvü ola bilər.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm