Şok: ABŞ-dan danışan avtomobillər gəlir
Bizi izləyin

Avtopublika

Şok: ABŞ-dan danışan avtomobillər gəlir

Nəqliyyat Nazirliyi potensial qəzaların qarşısını almaq üçün yeni proqram hazırlayıb.

Axar.az xəbər verir ki, Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsi "Nəqliyyat vasitəsiləri arası telekommunikasiya" adı verilən texnologiyanın qanuniləşməsi və tətbiqinə başlanması üçün hesabat nümayiş etdirib.


Hesabatda layihə sayəsində ildə 600 minə yaxın qəzanın qarşısının alınacağı və nəqliyyat vasitəsiləri arasında telekommunikasiya texnologiyasının qanuni səviyyəyə gəlməsi üçün yaxın zamanda işə başlanılacağı bildirilib.

Hər il mindən artıq insanın həyatını xilas edəcəyi ehtimal edilən texnologiya radio siqnallar vasitəsilə çalışacaq. Bu texnologiyaya sahib olan nəqliyyat vasitələri bir-birlərinin hansı səmtdə olduğunu, istiqamətini və sürətini dərhal öyrənə biləcək. Habelə avtomobillər işıqforun qırmızı işığına məhəl qoymayacaq hər hansı sürücünün bu səhvinin əvvəlcədən fərqinə vararaq potensial bir avtoqəzanın qarşısını ala, ola biləcək bir qəzanı önləyə biləcək. Məlumata görə, təxminən 300 metr uzaqlıqdakı nəqliyyat vasitələrindən məlumat götürmək qabiliyyəti olacaq avtomobillər onlarla cərgə uzaqda olan avtomobil sürücüsün ani əyləcdən istifadə etməsindən belə xəbərdar olacaq.

Qeyd edək ki, avtomobil sürücülərinə bu texnologiyadan istifadə etməyin 100-200 dollara başa gələcəyi bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm