• USD 1,8311 0,00% EUR 1,9483 0,00%
    • GBP 2,2482 0,00% RUB 0,0308 0,00%

Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının Binəqədi şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Binəqədi şosesi boyunca Binəqədi kəndi, Binəqədi qəsəbəsi də daxil olmaqla, yolun Novxanı istiqamətində olan hissəsinə yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar olaraq, şosedə qısa müddətə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət Novxanı-Balaxanı-Sabunçu yolu ilə müəyyənləşdirilir.

Onun sözlərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu istiqamət üzrə hərəkət edən və yaxud bu yoldan mütəmadi istifadə edən avtomobil sürücüləri və sahiblərindən xahiş edir ki, qeyd edilən ərazi üzrə nəqliyyat sıxlığının, uzunmüddətli tıxacların və yaxud yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün təmir-tikinti işləri qısa müddətə tam başa çatana qədər digər alternativ yollardan istifadəyə üstünlük versinlər: "Eləcə də yaxşı olardı ki, bütün bunları nəzərə alaraq, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər".

Təmir-tikinti işlərinin başa çatacağı dəqiq tarix hələ məlum deyil.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR