Sürücülərdən ibrət doğuran dava - Video
Bizi izləyin

Avtopublika

Sürücülərdən ibrət doğuran dava - Video

Fransada sürücülər ötmə əməliyyatı zamanı bir-birlərinə qəzəblənərək əlbəyaxa olurlar.

Publika.az avtosfer.az-a istinadən xəbər verir ki, sürücülərdən biri baqajından boks yastığı çıxararaq yerə atır və yumruq-təpik vurmaqla öz hirsini soyudur. Sonra isə digər sürücünü də hirsini bu cür çıxarmağa dəvət edir. Nəticədə hər iki sürücü yastığı təpikləyib əsəblərini sakitləşdirir və bir-biri ilə əl tutaraq görüşüb ayrılırlar.

Bu videodan sonra bu qənaətə gəlmək olar ki, sürücülər arasında psixoloji gərginlik təkcə Azərbaycanda deyil, dünyanın hər yerində var. Sadəcə, bu gərginliyi aradan qaldırmağın yollarını tapmaq lazımdır. Bunu isə başqası yox, elə siz özünüz tapmalısınız. Videonu diqqətlə izləyib nəticə çıxarmağa dəyər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm