Avtomobil icarəyə götürmək neçəyə başa gəlir?
Bizi izləyin

Avtopublika

Avtomobil icarəyə götürmək neçəyə başa gəlir?

"Bakıda avtomobilin icarə məbləği gündə 40 manatdan başlayır. İcarə dəyəri 150 manata qədər yüksələ bilər. Bu, avtomobilin modelindən, modelin ilindən və nə qədər məsafə qət etməsindən asılıdır. Yəni qiymət bu parametrlərdən asılı olaraq dəyişir. Buna baxmayaraq, mən Azərbaycanda qiymətlərin digər ölkələrlə müqayisədə yüksək olduğunu deməzdim. Bu bazara heç də çox tələbat hiss olunmur və mövcud qiymətlər də əsasən bununla bağlıdır".

Bunu "Exo"-ya "MBA LTD" Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov deyib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov isə fərqli düşünür və hesab edir ki, bu xidmət bahadır: "Bu xidmət Azərbaycanda nisbətən yenidir və ona tələbat o qədər də yüksək deyil, deməli, qiymətlər də yüksək olmamalıdır. Təəssüf ki, belə deyil və bizdə avtomobillərin icarə dəyəri bəzən inkişaf etmiş ölkələrinkinə çatır".

Yeri gəlmişkən, Birləşmiş Krallıqda avtomobilin sutkalıq icarə haqqı 79 dollardır. Lakin Rusiyada belə bir xidmət 133 dollara başa gəlir. Sıralamada ikinci yer İsveçrənindir: bu ölkədə, sutkalıq icarə haqqı 113 dollar təşkil edir. /virtualaz.org/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm