• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

BMW M4 fərdiləşdi

BMW M4 fərdiləşdi

Yeni avtomobillərin geniş fərdiləşdirmə imkanları olması sayəsində BMW şirkəti öz müştərilərinə onların bütün tələblərinə tam dəqiqliklə cavab verən maşınlar təklif etməklə onları gələcəkdə tüninq üçün əlavə xərc çəkməkdən azad edir.

Nümunə kimi, BMW Individual proqramı üzrə fərdiləşdirilmiş və digər seriya modellərin arasından effektli şəkildə seçilən M4 idman kupesinə nəzər salaq.

Publika.az 4charx.com-a istinadən bildirir ki, bir alman müştəri özünün yeni Bavariya sportkarı üçün donuq boz Frosen Grey çalarını seçib və onu qara aksentlərlə tamamlayıb. Avtomobilin damı, radiator barmaqlığı, yan şüşələrin haşiyələri və arxa bamperdə diffuzor qara rəngdədir. Bundan başqa, BMW M4 ton verilmiş arxa şüşələrə və tutqun arxa fənərlərə sahibdir. Sportkupe 10 milli və onların arxasından görünən göy rəngli əyləc sistemi tutqacları olan donuq qara rəngli təkər diskləri ilə seçilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR