Sürücü xanımlara bəzənmək olmaz
Bizi izləyin

Avtopublika

Sürücü xanımlara bəzənmək olmaz

Sükan arxasında oturan xanımlar bəzənəcəyi halda cəzalandırılacaqlar.

ANS PRESS-in məlumatına görə, bu qayda Birləşmiş Ərərb Əmirliklərinin (BƏƏ) Daxili İşlər Nazirliyi tərəfindən verilib.

Belə ki, sükan arxasında makiyaj vuran, saçını düzəldən, dodaqlarına boya sürtən qadın sürücülər 270 dollar cərimələnəcək, nəqliyyat vasitəsi isə 1 ay müddətinə cərimə meydançasında saxlanılacaq.

BƏƏ polisi hesab edir ki, qadın sürücülərin bu hərəkəti yollarda təhlükəli vəziyyət yaradır: "Sükan arxasında bəzənmək mobil telefondan istifadə etməkdən daha təhlükəlidir".

Qeyd edək ki, BƏƏ-də sükan arxasında "hands-free" qurğusundan istifadə etməklə mobil telefonla danışmaq qanunla qadağan olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm